Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial sifarişi əsasında “Forest School Azerbaijan” tərəfindən “Atalar məktəbi” proqramının icrasına start verilib. Layihə Sosial Xidmətlər Agentliyinin ailələrin çətin həyat şəraitinə düşməsinin qarşısının alınması istiqamətində həyata keçirdiyi maarifləndirmə tədbirləri çərçivəsində valideynlərin məsuliyyətli valideynlik bacarıqlarının artırılmasına xidmət edir. “Atalar məktəbi” proqramının əsas məqsədi ataların valideynlik prosesində...Ətraflı
Beynəlxalq Qızlar Gününü birlikdə qeyd etdik! Forest School Azerbaijan və Azerconnect Group şirkətinin birgə təşkilatçılığı ilə Beynəlxalq Qızlar Günü münasibətilə “Atalar və qız övladları üçün STEAM Günü” baş tutdu. Günün qəhrəmanları olan qızlar maraqlı STEAM fəaliyyətlərində iştirak edərək təbiətdəki səs dalğalarını, elmin, texnologiyanın və yaradıcılığın sehrini kəşf etdilər. Atalar isə psixoloqla keçirilən sessiyada ata dəstəyinin...Ətraflı
Forest School Azerbaijan komandası Azərbaycan Beynəlxalq Məktəbinin (TISA – The International School of Azerbaijan) şagirdləri üçün Şamaxı rayonunun Pirqulu kəndində maraqlı və öyrədici ekspedisiya təşkil edib. Ekspedisiya Şamaxı Astrofizika Rəsədxanasının ərazisində baş tutub və Forest School təhsil yanaşmasına əsaslanaraq uşaqlara həm nəzəri, həm də praktik öyrənmə imkanları yaradılıb. Ekspedisiya zamanı şagirdlər:• Planetlər haqqında öyrəndilər və...Ətraflı
Azərbaycanın ilk korporativ atalıq proqramı olan “Ata+” layihəsi Azerconnect Group şirkətinin əməkdaşları üçün xüsusi olaraq hazırlanıb və 1 aylıq intensiv proqramdan sonra “Ailə Günü” tədbiri ilə uğurla tamamlandı. Layihənin məqsədi nə idi?• Məsuliyyətli atalıq mədəniyyətini gücləndirmək• Ailədaxili sağlam münasibətləri təşviq etmək• Övladların inkişafına müsbət təsir göstərmək İştirakçılar nə öyrəndilər?• Emosional, sosial və psixoloji aspektləri əhatə...Ətraflı
21–22 iyun tarixlərində Forest School Azerbaijan və Fominov Consulting tərəfdaşlığı ilə Şamaxı Astrofizika Rəsədxanasında maraqlı və maarifləndirici Astro Camp təşkil olundu. İki gün ərzində uşaqlar astronomiya elmi ilə yaxından tanış oldular, kosmos, planetlər və ulduzlar haqqında əsas biliklər əldə etdilər. Rəsədxanaya ekskursiya zamanı iştirakçılar Azərbaycanda astronomiyanın tarixi və müasir inkişafı barədə məlumat aldılar və peşəkar...Ətraflı
13 aprel tarixində Fominov Consulting şirkətinin tərəfdaşlığı ilə Şirvan Milli Parkında “Quşları müşahidə et” ailəvi ekspedisiyamız baş tutmuşdur. Ekspedisiyada iştirakçılar Qızılqaz gölündə quşları müşahidə edərək milli park ərazisində məskunlaşan müxtəlif quş növləri ilə tanış olublar. Həmçinin “Forest School” təhsil yanaşmasına uyğun olaraq fəaliyyətlərdə iştirak ediblər. Bununla yanaşı Laquna marşrutunda heyvan izlərini araşdırmış və Bəndovan palçıq...Ətraflı
14-15 mart tarixində Balakəndə “Təbiətdə macəra kvesti” layihəsi çərçivəsində baş tutmuş “Açıq havada təhsil üzrə mütəxəssis” təlimlərindən maraqlı görüntüləri sizinlə bölüşürük. Qeyd edək ki, layihə Azərbaycan Respublikası Elm və Təhsil nazirliyi tərəfindən elan olunan Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsi çərçivəsində həyata keçirilir. Siz də təlimlərimizə qoşulmaq tədris metodlarınızı inkişaf etdirmək istəyirsinizsə, səhifəmizi...Ətraflı
3-5 yanvar tarixlərində Qış Düşərgəmiz baş tutub. Üç gün davam etmiş düşərgədə uşaqlar möhtəşəm qar mənzərəsi olan Laza kəndində müxtəlif qış idman növləri və maraqlı açıq hava fəaliyyətləri ilə məşğul olublar. Həmçinin iştirakçılar “Forest School” təhsil konsepsiyasına uyğun olaraq müxtəlif sosial, emosional, fiziki və intellektual fəaliyyətlərə cəlb olunublar.Ətraflı
BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı, COP29-un İqlim üzrə Gənclər Çempionunun və “Forest School Azerbaijan”ın dəstəyi ilə 11-13 oktyabr tarixlərində Lənkəran şəhərində “Qızlar İqlim Fəaliyyətinin Mərkəzində” adlı düşərgə təşkil edilib. Ölkənin müxtəlif regionlarından 25-dək yeniyetmə qızın qatıldığı düşərgənin keçirilməsində məqsəd qızlarda təcrübəyə əsaslanan öyrənmə, liderlik və açıq hava məşğələləri vasitəsilə iqlim dəyişikliyi ilə mübarizə...Ətraflı
29 sentyabr tarixində Şirvan Milli Parkında “Quşların İzi ilə” adlı ailəvi ekspedisiya baş tutdu. Ekspedisiya Milli parkın flora və faunası haqqında məlumatlandırıcı sessiya ilə başladı. Daha sonra ailələr Laquna marşrutunda heyvan izlərini tapmaq üçün səfərə çıxdılar. Onlar kəşf etdikləri izlərin qəliblərini çıxararaq hansı heyvanın izi olduğunu araşdırdılar. Safari vasitəsi ilə iştirakçılar vəhşi təbiətin möcüzələrini kəşf...Ətraflı