Forest School Azerbaijan komandası Azərbaycan Beynəlxalq Məktəbinin (TISA – The International School of Azerbaijan) şagirdləri üçün Şamaxı rayonunun Pirqulu kəndində maraqlı və öyrədici ekspedisiya təşkil edib.
Ekspedisiya Şamaxı Astrofizika Rəsədxanasının ərazisində baş tutub və Forest School təhsil yanaşmasına əsaslanaraq uşaqlara həm nəzəri, həm də praktik öyrənmə imkanları yaradılıb.
Ekspedisiya zamanı şagirdlər:
• Planetlər haqqında öyrəndilər və meteoritlərlə əyani tanış oldular
• Sağ qalma bacarıqları və ulduzlara əsaslanan naviqasiyanı mənimsədilər
• Şamaxının yerli dərman bitkilərini tanıdılar
• Rəsədxananın gənc alimləri ilə astronomiya mövzusunda interaktiv sessiyada iştirak etdilər
• Müxtəlif komanda fəaliyyətlərində iştirak edərək birlik və əməkdaşlıq ruhunu gücləndirdilər
Ekspedisiyanın ən maraqlı və yaddaqalan anlarını sizinlə paylaşırıq!






