Forest School açıq havada öyrənməni tətbiq edən beynəlxalq və alternativ təhsil modelidir.
Bu təhsil yanaşması ilk dəfə ideya olaraq Skandinaviya ölkələrində başlamış və hazırda Avropa, Asiya, Amerika və Avstraliya qitələrinin inkişaf etmiş ölkələrində sürətlə inkişaf etməkdədir.
Aparılmış tədqiqatlar sübut edir ki, uşaqlar açıq havada daha həvəslə öyrənir və bu onların akademik nəticələrinə müsbət təsir göstərir:
Forest School Azerbaijan 2017-ci ildən fəaliyyət göstərir. Əsas məqsədimiz uşaq, yeniyetmə və gənclər üçün təbiət ilə harmonik şəkildə müxtəlif öyrədici proqramlar təşkil etməklə onları fiziki, intellektual, sosial, emosional, psixoloji istiqamətlərdə inkişaf etdirməkdir.
Forest School Azerbaijan bu məqsədlə açıq havada müxtəlif öyrədici fəaliyyətlər, təbiətdə layihə əsaslı tədqiqat işləri, master-klaslar, ekspedisyalar, tematik düşərgələr təşkil edir. Öyrədici təhsil proqramları uşaqlarla yanaşı, onların ailələri ilə birgə fəaliyyətləri və gənc pedaqoqların bu istiqamətə hazırlanmasını da əhatə edir.
Bütün uşaqlar müxtəlif tezliklərdə və sürətlə inkişaf edir. İnkişaf səviyyələri yalnız bədən ölçülərinə, yaşlarına və fiziki bacarıqlarına görə qiymətləndirilir. Lakin bunlara baxmayaraq onlar emosional və sosial inkişaf göstəricilərinə görə daha aşağı ola bilirlər.
Övladlarınızın uğurlu olmasına dəstək olmaq üçün, hələ də öyrənmədiyi, çata bilmədiyi səviyyədə özünü ifadə etməsini gözləmədən onlara əldə oluna bilən düzgün məqsədlər qoymalısınız.
Uşağınız üçün daha yaxşı ola biləcəyini düşündüyünüz zaman kömək istəmək və ya mütəxəssislərə müraciət etmək vacibdir. Forest School Azerbaijan uşaq və yeniyetmələrə altı inkişaf sahəsində dəstək göstərir: