azruen +994 51 423 24 23 [email protected]

Daxil olun

Qeydiyyat

Hesab yaratdıqdan sonra siz ödəniş statusunu və təsdiqləməni izləyə və həmçinin, tədbir bitdikdən sonra tədbirə rəy bildirə bilərsiniz.
İstifadəçi adı (ancaq ingilis hərflər!)*
Şifrə*
Şifrəni təsdiqləyin*
Ad*
Soyad*
Doğum tarixi*
Email*
Telefon*
Ölkə*
* Hesab yaradaraq, siz bizim Şərtlər və Qaydalar ToplusuMəxfilik Siyasəti ilə razısınız.
Növbəti addıma keçməzdən əvvəl bütün şərtlərlə razılaşın

Artıq üzvsünüz?

Daxil olun
+994 51 423 24 23 [email protected]
azruen

Daxil olun

Qeydiyyat

Hesab yaratdıqdan sonra siz ödəniş statusunu və təsdiqləməni izləyə və həmçinin, tədbir bitdikdən sonra tədbirə rəy bildirə bilərsiniz.
İstifadəçi adı (ancaq ingilis hərflər!)*
Şifrə*
Şifrəni təsdiqləyin*
Ad*
Soyad*
Doğum tarixi*
Email*
Telefon*
Ölkə*
* Hesab yaradaraq, siz bizim Şərtlər və Qaydalar ToplusuMəxfilik Siyasəti ilə razısınız.
Növbəti addıma keçməzdən əvvəl bütün şərtlərlə razılaşın

Artıq üzvsünüz?

Daxil olun

Liderlik Təlimlər

Liderlik Təlimlər Nədir?

Forest School Azerbaijan-da pedaqoq-lider olmaq üçün ümumilikdə 3 səviyyə təlimlər nəzərdə tutulub:

  • Səviyyə 1 Liderlik Təlimi
  • Səviyyə 2 Liderlik Təlimi
  • Səviyyə 3 Liderlik Təlimi

Təlim keçmiş şəxslər akreditasiya olunur və onlarla 1 illik könüllülük, yaxud xidməti müqavilə bağlanır.

Hər ilin sonunda liderlə qiymətləndirmə aparılır və onun akkreditasiya məsələsinə yenidən baxılır.

Səviyyə 1 Liderlik Təlimi

1-ci səviyyə təlimlər Forest School Azerbaijan-da pedaqoq – lider kimi fəaliyyətə başlayanlar üçün təməl liderlik təlimlərdir. Təlimlər hər il 2 dəfə olmaqla keçirilir. Bununla bağlı veb-səhifədə, həmçinin digər sosial media platformalarımızda müvafiq kriteriyə və tələblərə uyğun elanlar yerləşdirilir. Namizədlər 3 mərhələli seçim əsasında təlimlərə cəlb olunurlar.

Təlimlər əsasən 3 günlük təlim modullarını əhatə edir. Modullara Forest School təhsil yanaşması, inkişaf sahələri, müxtəlif yaş qrupları ilə iş, valideynlərlə iş, qrupların formalaşdırılması, təhlükəsizlik, ilkin tibbi yardım, təhsil proqramlarının dizaynı, metodlar, açıq havada praktiki dərslərin təşkili daxildir.

Təlimi bitirən pedaqoq-liderlər 1-ci səviyyə təlim sertifikatı və ilkin tibbi yardım üzrə beynəlxalq sertifikat əldə edərək akkreditasiya olunur və müxtəlif yaş qrupları üzrə fəaliyyətlərə başlayırlar.

Səviyyə 2 Liderlik Təlimi

2-ci səviyyə təlimlər Forest School Azerbaijan-da pedaqoq – lider kimi fəaliyyət göstərən, 1-ci səviyyə təlimlərdən keçərək, akkreditasiya olunan liderlər üçün nəzərdə tutulub. 2-ci səviyyə təlimlər il ərzində 1 dəfə təşkil olunur və qoşulmaq üçün minimum 1 il pedaqoq-lider kimi fəaliyyət göstərmək əsas şərt hesab olunur.

Təlimlər nəzəri və praktiki təlim modullarından ibarətdir. Təlim modulları 3 gün açıq hava şəraitində, təbiətdə təşkil olunur. Bura təbiətdə yaşamaq, risklərin idarə olunması, qısamüddətli düşərgələr və onların təşkili ilə bağlı modullar daxildir.

Təlimi bitirən pedaqoq-liderlər 2-ci səviyyə sertifikatı alaraq akkreditasiya olunurlar.

Səviyyə 3 Liderlik Təlimi

3-cü səviyyə təlimlər Forest School Azerbaijan-da pedaqoq – lider kimi fəaliyyət göstərən, 2 təlim səviyyəsini bitirən liderlər üçün nəzərdə tutulur. 3-cü səviyyə təlimlərində iştirak etmək üçün pedaqoq-liderin Forest School təhsil yanaşmalarının tətbiqində minimum 2 il təcrübəsi olmalıdır.

Təlimlər praktiki və nəzəri təlim modullarından ibarətdir. Burada liderlərə mentorluq, ekstremal vəziyyətlərdə davranış, böyük miqyaslı düşərgələrin və tədbirlərin idarə olunması, açıq hava tədbirlərinin proqram və məzmununun hazırlanması, simulyativ tibbi yardım, təhlükəsizlik və digər spesifik bilik və bacarıq tələb edən təlim modulları daxildir.

3-cü səviyyə təlim modullarını bitirən pedaqoq-liderlər akkreditasiya olunur və Forest School Azerbaijan-ın fəaliyyətlərinə idarəetmə komandasında mentor və ya fasilitator qismində cəlb olunurlar.

×