azruen +994 51 423 24 23 [email protected]

Daxil olun

Qeydiyyat

Hesab yaratdıqdan sonra siz ödəniş statusunu və təsdiqləməni izləyə və həmçinin, tədbir bitdikdən sonra tədbirə rəy bildirə bilərsiniz.
İstifadəçi adı (ancaq ingilis hərflər!)*
Şifrə*
Şifrəni təsdiqləyin*
Ad*
Soyad*
Doğum tarixi*
Email*
Telefon*
Ölkə*
* Hesab yaradaraq, siz bizim Şərtlər və Qaydalar ToplusuMəxfilik Siyasəti ilə razısınız.
Növbəti addıma keçməzdən əvvəl bütün şərtlərlə razılaşın

Artıq üzvsünüz?

Daxil olun
+994 51 423 24 23 [email protected]
azruen

Daxil olun

Qeydiyyat

Hesab yaratdıqdan sonra siz ödəniş statusunu və təsdiqləməni izləyə və həmçinin, tədbir bitdikdən sonra tədbirə rəy bildirə bilərsiniz.
İstifadəçi adı (ancaq ingilis hərflər!)*
Şifrə*
Şifrəni təsdiqləyin*
Ad*
Soyad*
Doğum tarixi*
Email*
Telefon*
Ölkə*
* Hesab yaradaraq, siz bizim Şərtlər və Qaydalar ToplusuMəxfilik Siyasəti ilə razısınız.
Növbəti addıma keçməzdən əvvəl bütün şərtlərlə razılaşın

Artıq üzvsünüz?

Daxil olun

Məktəbəqədər pedaqoqlar üçün Forest School təlimi

Forest School Nədir?

Forest School açıq havada öyrənməni tətbiq edən beynəlxalq və alternativ təhsil modelidir.

Bu təhsil yanaşması ilk dəfə ideya olaraq Skandinaviya ölkələrində başlamış və hazırda Avropa, Asiya, Amerika və Avstraliya qitələrinin inkişaf etmiş ölkələrində sürətlə inkişaf etməkdədir.

Aparılmış tədqiqatlar sübut edir ki, uşaqlar açıq havada daha həvəslə öyrənir və bu onların akademik nəticələrinə müsbət təsir göstərir:

  • 95%-i dərsləri daha əyləncəli etdiyini bildirib
  • 90%-i özünü daha xoşbəxt və sağlam hiss etdiyini deyib
  • 72%-i başqaları ilə daha yaxşı münasibət qurduqlarını deyib
  • 85%-i davranışına müsbət təsir etdiyini görüb

Forest School Azerbaijan ilə tanışlıq

Hörmətli namizəd, “Forest School” təhsil yanaşması ilə bağlı ayrıca təlim keçəcəyin üçün burada sadəcə “Forest School Azerbaijan” (FSA) haqqında qısa məlumat verəcəyik.

“Forest School Azerbaijan” 2017-ci ildən bəri fəaliyyət göstərir. İlk dəfə “Divarsız məktəb” təhsil proqramı kimi fəaliyyətə başlamışdır.

2020-ci ildən etibarən isə “Forest School Azerbaijan” adını almışdır. “FSA” təhsil yanaşmasına uyğun olaraq fəaliyyətlərimiz açıq havada baş tutur. Bütün fəaliyyətlərimiz uşaqların inkişafını dəstəkləyən 6 istiqamətdə – sosial, emosional, fiziki, psixoloji, intellektual və sonda xarakter inkişafını dəstəkləyəcək proqramlar şəkildə qurulur.

Fəaliyyətimiz ərzində ölkəmizin 11-dən çox bölgəsində olmuş, ümumilikdə 4000-ə yaxın (uşaq, gənc, böyük) iştirakçıya çatmışıq.

Dünyanın nüfuzlu təşkilatları olan United Nations Population Fund (UNFP), National Geographic, AİESEC və bir çox dövlət qurumu ilə birlikdə layihələr həyata keçirmiş, həmçinin xarici “Forest School”larla (Türkiyə, Sinqapur, Malayziya) əlaqələr qurmuşuq.

Təlim müddətində isə fəaliyyətimizlə daha yaxından tanış olmaq, yerli və beynəlxalq layihələrdə iştirak etmə imkanı əldə edəcəksən.

 

 

 

Missiyamız

Uşaqların və yeniyetmələrin yaradıcı təfəkkürlü fərdlər kimi inkişaf etmələri üçün imkanlar yaratmaq, onlara risk etmək üçün təhlükəsiz yer vermək, problemləri qeyri-ənənəvi şəkildə həll etmək imkanı, açıq mühitdə fundamental həyat, sağ qalma bacarıqlarını tətbiq etmək imkanı yaratmaqdır.

Vizyonumuz

Cənubi Qafqaz regionunda uşaqlar və yeniyetmələr üçün fiziki, intellektual, sosial, emosional, psixoloji, xarakter inkişafını dəstəkləyən və onların daxili qabiliyyətlərini üzə çıxaran effektiv qeyri-formal açıq hava təhsili təminatçısı olmaqdır.

Komandamızla tanışlıq

Ərus Seyidzadə

Administrativ İşlər üzrə Menecer

Günay Məmmədova

Kommunikasiyalar üzrə Menecer

İqor Voloqin

Texnologiyalar və Layihələr üzrə Menecer

Saleh Baxşiyev

Ekstremal Şəraitə Sağ Qalmaq üzrə Təlimçi

Sevinc Quliyeva

Hüquq Məsləhətçisi

Səidə Şirinova

Liderlərlə İş üzrə Menecer

Təlim proqramı haqqında

“Forest School Azerbaijan” müvafiq istiqamətdə pedaqoqların yetişdirilməsi üçün hər il 3 səviyyədə fundamental təlimlər təşkil edir. Azərbaycan Gənc Müəllimlər Assosiasiyası ilə birgə əməkdaşlıq çərçivəsində keçiriləcək təlimlər yalnız kiçik yaşlı uşaqlarla işləyəcək pedaqoqlar üçün nəzərdə tutulmuşdur. Təlimlərdə iştirak tam ödənişsizdir və iştirakçıların xüsusi seçimi əsasında baş tutacaqdır.

Təlimlərdə iştirak üçün əsas mərhələlər:

  • Qeydiyyat
  • Məlumatlandırma sessiyası
  • Müsabiqə və müsahibə
  • Təlimlər

Təlimə daxildir:

  • Peşəkar təlimçilərlə birlikdə 3 günlük təlim modulları (21 saatlıq təlim və müvafiq təlim materialları)
  • "Forest School" 1-ci səviyyə təlim sertifikatı
  • "Təməl ilkin yardım" sertifikatı
  • Erkən yaşlı uşaqların inkişafı ilə bağlı nəzəriyyələr və açıq havada tədris metodları
  • Açıq havada təhsilin təşkili və öyrənmə proqramlarının dizayn olunması
  • "Forest School" beynəlxalq təhsil yanaşması metodologiyasının praktikada tətbiqi
  • Layihə əsaslı tədris yanaşmasının nəzəri və praktiki cəhətlərinin öyrənilməsi

İştirakçılar nə əldə edəcəklər:

  • "Forest School" beynəlxalq təhsil yanaşmasını mənimsəmək
  • Bilik və bacarıqlara uyğun sertifikasiya
  • Müəllimlər üçün fərqli metodlar vasitəsi ilə öz fənnini tədris etmək bacarıqları
  • Akademik nəticəsi aşağı və ya çətin idarəolunan uşaqlarla işləmə üsullarını
  • Uşaqlara, böyüklərə həyati bacarıqları maraqlı üsullarla öyrətmək vasitələrini
  • Maraqlı olmayan fənni maraqlı etmək
  • Fəaliyyətinə görə yüksəlmək və bununla bağlı gəlir əldə etmək imkanı
  • Əlavə iş yeri imkanı

Digər üstünlüklər:

  • Yerli və xarici mütəxəssislərin təlim kurslarında iştirak etmək
  • Xarici ölkələrdə keçirilən tədbirlərdə təcrübə əldə etmək
  • FSA tərəfindən icra olunan layihələrə cəlb olunmaq və müvafiq istiqamətlərdə fərdi inkişaf
  • Fəaliyyətlər, düşərgələr, ekspedisiyalar və digər öyrədici tədbirlərimizdə ödənişsiz iştirak

"Forest School Azerbaijan" komandası olaraq sizə uğurlar diləyirik!

Bu təlim sizin üçün maksimum produktiv keçməsi üçün peşəkar komanda tərəfindən effektiv proqram hazırlanmışdır. Sizə qalan isə bu proqramdan maksimum dərəcədə faydalanmaqdır.
×