8-10 sentyabr tarixlərində “Fominov Consulting” şirkətinin tərəfdaşlığı ilə baş tutan “Aqua Camp“ düşərgədə 8-15 yaşlı məktəbli uşaqlar iştirak edib. Düşərgənin keçirilməsində əsas məqsəd təşkil olunan praktiki fəaliyyətlər vasitəsilə uşaqların əsl həyat bacarıqları öyrənmələrinə, sosiallaşmalarına, fiziki və emosianal inkişaflarına dəstək olmaq, onların yeni kəşflərə maraqlarının artmasına, özgüvənlərinin formalaşmasına təsir etmək olub Düşərgə müddətində iştirakçılar dalğıclıq, avarçəkmə,...Ətraflı
Açıq havada təhsilin önündə olan Forest School Azerbaijan təbiətə dərin sevgi və ekoloji təhsil aşılamaq missiyasını davam etdirir. Müxtəlif milli parklara və qoruqlara maraqlı ekspedisiyalar zamanı komandamızın üzvləri Azərbaycanın toxunulmaz gözəlliklərinin mahiyyətini əks etdirərək diqqətlə müşahidələr aparırlar. Bu ekspedisiya zamanı bizim qrup rəhbəri və ekstremal şəraitə sağ qalmaq üzrə təlimçi Saleh Baxşıyev maraqlı 4 günlük...Ətraflı
Uşaqlardan Astronomiya elminə, göy cisimlərinə maraq yaratmaq və planetləri, ulduzları daha yaxından müşahidə etmələri üçün Şamaxı Astrofizika Rəsədxanasında təşkil olunmuş “Astro Camp” başa çatmışdır. Fominov Consulting şirkətinin tərəfdaşlığı ilə təşkil edilən düşərgə 8-14 yaşlı uşaqlara unudulmaz macəra yaşatdı. Düşərgə boyu iştirakçılar öyrədici və əyləncəli fəaliyyətlərlə məşğul olublar. Onlar astronomiya haqqında ilkin məlumatlar alaraq, planetlər və...Ətraflı
Avropa İttifaqının maliyyə dəstəyi, BMT-nin Əhali Fondunun təşkilatçılığı və “Forest School Azerbaijan”ın dəstəyi ilə Beynəlxalq Atalar Günü münasibətilə 18 iyun tarixində Bakının Dənizkənarı Bulvar ərazisində “Atalar Günü” tədbiri təşkil edilib. Tədbirin keçirilməsində əsas məqsəd atalar və övladları arasındakı bağların gücləndirilməsinə töhfə vermək, habelə cəmiyyətdə məsuliyyətli valideynlik təcrübələrini təşviq etməkdən ibarət olub. Tədbir əsnasında iştirakçılar üçün...Ətraflı
19 may tarixində komandamızın üzvü extremal şəraitdə sağqalma üzrə qrup liderimiz Saleh Baxşiyevin Qızılağac Milli Parkına ekspedisiyası baş tutmuşdur. Qızılağac Milli Parkı 26 sentyabr 2018-ci ildə yaranmışdır və 3 rayonu – Lənkəran, Masallı, Neftçala rayonlarını əhatə edir. 99060 ha əraziyə malik Milli Parkda “Qırmızı kitab”a düşmüş heyvan və quş növləri məskunlaşmışdır. Ekspedisiya zamanı əldə edilmiş...Ətraflı
“Gender bərabərliyi sağlam ailənin təməlidir” mövzusunda keçirilmiş ailə düşərgəsinə yekun vurulub. Avropa İttifaqının maliyyə dəstəyi, BMT-nin Əhali Fondunun təşkilatçılığı və “Forest School Azerbaijan”nın dəstəyi ilə Quba şəhərində təşkil edilən düşərgəyə ölkənin müxtəlif bölgələrindən 15 ailə qatılıb. Düşərgənin davam etdiyi 3 gün ərzində iştirakçılar “Cins və gender”, “Məsuliyyətli valideynlik”, “Gender bərabərliyi” mövzularında təlimlərdə iştirak ediblər. Bununla...Ətraflı
Forest School Azerbaijan və Fominov Consulting Cənub Azərbaycanda “Family Day” ekspedisiyanı uğurla keçməsini elan etməkdən məmnunluq duyur! Fərqli regionlardan gələn ailələr Lənkəran şəhərini və Astara rayonunda gözəl Sim kəndini araşdırmaq üçün birləşdilər. Ekspedisiya zamanı iştirakçılar bir sıra maraqlı və təlimli tədbirlərlə tanış olurlar. Tədbirin birinci günü İstisu qəsəbəsi ilə başladı və ailələr “Lənkəran çay plantasiyası”nı...Ətraflı
“Forest School Azerbaijan”-da ödənişsiz təcrübə proqramlarına qoşulmaq istərdinizmi? Əgər siz təbiəti sevir, həmçinin, uşaq və ailələrlə, maraqlı tərəfdaşlarımızla işləməkdən böyük təcrübə qazanmaq istəyirsinizsə, bu proqram sizin üçündür. Belə ki, “FSA” olaraq motivasiyalı gənclər üçün ilk təcrübə proqramını elan etməkdən məmnunluq duyuruq. Təcrübə proqramı xüsusi peşəkarlardan ibarət komanda ilə birlikdə praktiki təcrübə qazanmaq üçün inanılmaz fürsətdir....Ətraflı
“Fominov Consulting” şirkətinin tərəfdaşlığı ilə, Forest School Azerbaijan tərəfindən Azərbaycan Ornitoloji Cəmiyyətinin peşəkar mütəxəssisləri ilə birgə “Quşları müşahidə et” ekspedisiyası təşkil olunmuşdur. Məktəbli uşaqların və onların valideynlərin iştirak etdiyi ekspedisiyada, Şirvan Milli Parkı ərazisində məskunlaşan müxtəlif heyvan və quş növləri haqqında məlumatlar verilmiş və bir çoxu yaxından müşahidə edilmişdir. Ekspedisiya zamanı, Azərbaycan Ornitoloji Cəmiyyətinin peşəkar...Ətraflı
“Forest School Azerbaijan” Azərbaycanın ən səfalı rayonlarından olan Lerik rayonun Hamarmeşə kəndində 24-26 mart 2023-cü il tarixləri arasında “Yaz düşərgəsi” təşkil edib. Düşərgə “Fominov Consulting” şirkətinin tərəfdaşlığı ilə baş tutub. Əyləncəli və öyrədici fəaliyyətlər təşkil olunan düşərgədə 8-15 yaşlı məktəblilər təbiətdə gəzintilər, balıq tutmaq, təbiətdə sağ qalma, komanda quruculuğu, incəsənət və sənətkarlıq, layihə əsaslı öyrədici...Ətraflı