Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial sifarişi əsasında “Forest School Azerbaijan” tərəfindən “Atalar məktəbi” proqramının icrasına start verilib. Layihə Sosial Xidmətlər Agentliyinin ailələrin çətin həyat şəraitinə düşməsinin qarşısının alınması istiqamətində həyata keçirdiyi maarifləndirmə tədbirləri çərçivəsində valideynlərin məsuliyyətli valideynlik bacarıqlarının artırılmasına xidmət edir. “Atalar məktəbi” proqramının əsas məqsədi ataların valideynlik prosesində...Ətraflı
Beynəlxalq Qızlar Gününü birlikdə qeyd etdik! Forest School Azerbaijan və Azerconnect Group şirkətinin birgə təşkilatçılığı ilə Beynəlxalq Qızlar Günü münasibətilə “Atalar və qız övladları üçün STEAM Günü” baş tutdu. Günün qəhrəmanları olan qızlar maraqlı STEAM fəaliyyətlərində iştirak edərək təbiətdəki səs dalğalarını, elmin, texnologiyanın və yaradıcılığın sehrini kəşf etdilər. Atalar isə psixoloqla keçirilən sessiyada ata dəstəyinin...Ətraflı
Azərbaycanın ilk korporativ atalıq proqramı olan “Ata+” layihəsi Azerconnect Group şirkətinin əməkdaşları üçün xüsusi olaraq hazırlanıb və 1 aylıq intensiv proqramdan sonra “Ailə Günü” tədbiri ilə uğurla tamamlandı. Layihənin məqsədi nə idi?• Məsuliyyətli atalıq mədəniyyətini gücləndirmək• Ailədaxili sağlam münasibətləri təşviq etmək• Övladların inkişafına müsbət təsir göstərmək İştirakçılar nə öyrəndilər?• Emosional, sosial və psixoloji aspektləri əhatə...Ətraflı
21–22 iyun tarixlərində Forest School Azerbaijan və Fominov Consulting tərəfdaşlığı ilə Şamaxı Astrofizika Rəsədxanasında maraqlı və maarifləndirici Astro Camp təşkil olundu. İki gün ərzində uşaqlar astronomiya elmi ilə yaxından tanış oldular, kosmos, planetlər və ulduzlar haqqında əsas biliklər əldə etdilər. Rəsədxanaya ekskursiya zamanı iştirakçılar Azərbaycanda astronomiyanın tarixi və müasir inkişafı barədə məlumat aldılar və peşəkar...Ətraflı
13 aprel tarixində Fominov Consulting şirkətinin tərəfdaşlığı ilə Şirvan Milli Parkında “Quşları müşahidə et” ailəvi ekspedisiyamız baş tutmuşdur. Ekspedisiyada iştirakçılar Qızılqaz gölündə quşları müşahidə edərək milli park ərazisində məskunlaşan müxtəlif quş növləri ilə tanış olublar. Həmçinin “Forest School” təhsil yanaşmasına uyğun olaraq fəaliyyətlərdə iştirak ediblər. Bununla yanaşı Laquna marşrutunda heyvan izlərini araşdırmış və Bəndovan palçıq...Ətraflı
14-15 mart tarixində Balakəndə “Təbiətdə macəra kvesti” layihəsi çərçivəsində baş tutmuş “Açıq havada təhsil üzrə mütəxəssis” təlimlərindən maraqlı görüntüləri sizinlə bölüşürük. Qeyd edək ki, layihə Azərbaycan Respublikası Elm və Təhsil nazirliyi tərəfindən elan olunan Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsi çərçivəsində həyata keçirilir. Siz də təlimlərimizə qoşulmaq tədris metodlarınızı inkişaf etdirmək istəyirsinizsə, səhifəmizi...Ətraflı
3-5 yanvar tarixlərində Qış Düşərgəmiz baş tutub. Üç gün davam etmiş düşərgədə uşaqlar möhtəşəm qar mənzərəsi olan Laza kəndində müxtəlif qış idman növləri və maraqlı açıq hava fəaliyyətləri ilə məşğul olublar. Həmçinin iştirakçılar “Forest School” təhsil konsepsiyasına uyğun olaraq müxtəlif sosial, emosional, fiziki və intellektual fəaliyyətlərə cəlb olunublar.Ətraflı
Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondu (UNFPA) və BMT-nin Qadınlar Agentliyi (UN Women) tərəfindən həyata keçirilən “Avropa İttifaqı Gender Bərabərliyi naminə: birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı çərçivəsində “Atalar Məktəbi – Məsuliyyətli Atalığa Doğru” layihəsinin növbəti fazasına start verilib. “Forest School Azərbaycan” və Azərbaycan Maarifçilər Assosiasiyasının dəstəyi ilə icra olunan...Ətraflı
23-25 mart tarixlərində Lənkəranda Fominov Consulting şirkətinin tərəfdaşlığı ilə Yaz düşərgəmiz baş tutub. 8-14 yaşlı məktəblilər üçün təşkil olunan düşərgəmizdə uşaqlar müxtəlif inkişaf istiqamətləri üzrə əyləncəli və öyrədici fəaliyyətlərə cəlb olunaraq səmərəli vaxt keçirib. ”Forest School Azerbaijan”ın məqsədi iştirakçılara zəngin təcrübələr qazandırmaq və onları təbiətə daha da yaxınlaşdırmaqdır. Yaz düşərgəsində hansı fəaliyyətlərə cəlb olundular? İştirakçılar...Ətraflı
Bu həftəsonu uşaqlar açıq havada əyləncəli və öyrədici, onların inkişaf istiqamətlərini dəstəkləyən fəaliyyətlərdə iştirak etdilər. Onlar müxtəlif bilik və bacarıqlar əldə etmək məqsədi ilə təşkil olunmuş bu ödənişsiz proqrama qatıldılar. Bizim əsas məqsədimiz uşaqlara təbiətdə öyrətmək və onlara əyləncəli, maraqlı təcrübələr qazandırmaqdır.Ətraflı