Forest School açıq havada öyrənməni tətbiq edən beynəlxalq və alternativ təhsil modelidir.
Bu təhsil yanaşması ilk dəfə ideya olaraq Skandinaviya ölkələrində başlamış və hazırda Avropa, Asiya, Amerika və Avstraliya qitələrinin inkişaf etmiş ölkələrində sürətlə inkişaf etməkdədir.
Aparılmış tədqiqatlar sübut edir ki, uşaqlar açıq havada daha həvəslə öyrənir və bu onların akademik nəticələrinə müsbət təsir göstərir:
Əziz təcrübəçı, “Forest School” təhsil yanaşması ilə bağlı ayrıca təlim keçəcəyin üçün burada sadəcə “Forest School Azerbaijan” (FSA) haqqında qısa məlumat verəcəyik.
“Forest School Azerbaijan” 2017-ci ildən bəri fəaliyyət göstərir. İlk dəfə “Divarsız məktəb” təhsil proqramı kimi fəaliyyətə başlamışdır.
2020-ci ildən etibarən isə “Forest School Azerbaijan” adını almışdır. “FSA” təhsil yanaşmasına uyğun olaraq fəaliyyətlərimiz açıq havada baş tutur. Bütün fəaliyyətlərimiz uşaqların inkişafını dəstəkləyən 6 istiqamətdə – sosial, emosional, fiziki, psixoloji, intellektual və sonda xarakter inkişafını dəstəkləyəcək proqramlar şəkildə qurulur.
Fəaliyyətimiz ərzində ölkəmizin 11-dən çox bölgəsində olmuş, ümumilikdə 4000-ə yaxın (uşaq, gənc, böyük) iştirakçıya çatmışıq.
Dünyanın nüfuzlu təşkilatları olan United Nations Population Fund (UNFP), National Geographic, AİESEC və bir çox dövlət qurumu ilə birlikdə layihələr həyata keçirmiş, həmçinin xarici “Forest School”larla (Türkiyə, Sinqapur, Malayziya) əlaqələr qurmuşuq.
Təcrübə proqramı müddətində isə fəaliyyətimizlə daha yaxından tanış olmaq, yerli və beynəlxalq layihələrdə iştirak etmə imkanı əldə edəcəksən.
“Forest School” təhsil yanaşması bir çox ölkədə artıq təhsil sisteminə daxil olmuşdur. Yaxın gələcəkdə ölkəmizin də bu sıraya daxil olacağını ümid edirik. Bu səbəbdən məqsədimiz təcrübə proqamı vasitəsilə “Forest School” təhsil yanaşmasını inkişaf etdirmək və bu sahədə kadr çatışmazlığının aradan qaldırılmasına dəstək olmaqdır.
Minimum təcrübə müddəti 3 aydır. Bu vaxt ərzində siz həm nəzəri təlimlərdə iştirak edəcək, həm də praktiki olaraq təcrübə etmə imkanı əldə edəcəksiniz.
Bizimlə birlikdə “Agile” yanaşması ilə işləməyi öyrənəcək, həmçinin komanda işini daha dərindən mənimsəyəcəksiniz.
Təcrübə müddətində, ilk növbədə, sizə (aşağıda təlim mövzularını nəzərdən keçirə bilərsiniz) nəzəri məlumatların yer aldığı təlimlər keçiriləcək. Bu təlimlər sırf “Forest School” təhsil yanaşması ilə bağlı olmayacaqdır. Təlimlərlə şəxsi inkişafınız və gələcək karyeranızda da sizə lazım və kömək olacaq bacarıqlar əldə edəcəksiniz.
Təlimlərdən sonra hər bir təcrübəçıyə əlaqədar olacağı tapşırıqlar veriləcək. Bu tapşırıqlar quruluşundan asılı olaraq fərdi və qrup şəklində ola bilər. Hər tapşırıqda sizə təyin olunmuş mentor istədiyiniz təqdirdə sizə kömək edəcək.
Siz tapşırıqların yerinə yetirilməsinə görə qiymətləndirilməyəcəksiniz. Əsas qiymətləndirmə meyarı sizin əzminiz, istəyiniz və göstərdiyiniz maraq olacaqdır.
*Qeyd
Yuxarıda qeyd edilmiş təlimlər bütün təcrübəçilər üçün nəzərdə tutulmuşdur.
Bu təlimlərdən əlavə həftədə bir dəfə olmaqla hər bir təcrübəçi öz mentoru ilə online şəkildə görüşməli və proses izlənilməlidir. Ehtiyac duyularsa mentor təcrübəçi üçün əlavə təlimlər keçə bilər.