Azərbaycanın ilk korporativ atalıq proqramı olan “Ata+” layihəsi Azerconnect Group şirkətinin əməkdaşları üçün xüsusi olaraq hazırlanıb və 1 aylıq intensiv proqramdan sonra “Ailə Günü” tədbiri ilə uğurla tamamlandı.
Layihənin məqsədi nə idi?
• Məsuliyyətli atalıq mədəniyyətini gücləndirmək
• Ailədaxili sağlam münasibətləri təşviq etmək
• Övladların inkişafına müsbət təsir göstərmək
İştirakçılar nə öyrəndilər?
• Emosional, sosial və psixoloji aspektləri əhatə edən təlimlər
• Uşaqlarla effektiv ünsiyyət və güvənə əsaslanan münasibət qurma yolları
• Ataların övlad inkişafındakı rolu barədə praktiki biliklər
• Ailə bağlarını gücləndirən yanaşmalar
Final mərhələsi
Layihənin sonunda iştirakçılar övladları ilə birlikdə Forest School təhsil modeli əsasında interaktiv fəaliyyətlərə qoşuldular. Bu, birlikdə keyfiyyətli vaxt keçirmək üçün gözəl fürsət oldu.
Gələcək layihələrimizdən xəbərdar olmaq və ailəniz üçün yeni öyrənmə imkanlarını kəşf etmək üçün bizi sosial şəbəkələrdə izləyin!






