“Forest School Azerbaijan” cənub bölgəsinə (Lənkəran-Astara) uşaqlara valideynləri ilə birgə əylənərək öyrənə biləcəkləri “Ailə günü” ekspedisiyası təşkil edib.
Tədbir çərçivəsində ölkə səviyyəsində bir neçə məktəbin təhsil modelinin qurucusu, əməkdar müəllim, pedaqoq və təhsil ekspert – Rüfət Əliyev, ailə və uşağın inkişafı ilə bağlı interaktiv görüşləri keçirib. Ailə həyatının böhranları, onların həlli yolları ilə bağlı valideynlərin sualları cavablandırılıb.
Ekspedisiya vaxtı ailələr arasında idman və intellektual yarışlar, uşaqların elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat üzrə inkişafı ilə bağlı öyrədici oyunlar keçirilib.
Astara rayonun Sım kəndində təşkil olunan yürüşlə yanaşı, onlar burada oriyentirin müəyyən olunması istiqamətində intellektual yarışda iştirak ediblər
Həmçinin iştirakçılar Lənkəran Peşə Liseyin əməkdaşları ilə birgə bitkilərə qulluq, əkin işləri, xalça toxuma sənəti ilə bilavasitə tanış olublar.