Forest School açıq havada öyrənməni tətbiq edən beynəlxalq və alternativ təhsil modelidir.
Forest School-un yaranması Skandinaviya ölkələri ilə bağlıdır. İlk Forest School 1952-ci ildə Danimarkanın paytaxtı Kopenhagen ətrafında yaradılmışdır.
İlk Forest School Danimarkalı Ella Flatau adlı bir ananın “Yeriyən uşaq bağçası” yaratması təşəbbüsü ilə formalaşdı. Yerli dildə Skovbørnehaver adlanan bu meşə uşaq bağçaları ilkin olaraq 2-6 yaş arası uşaqlar üçün nəzərdə tutulmuşdu. Qısa müddətdə meşə sinif otağına çevrildi və açıq hava fəaliyyətləri milli kurrikulumun bir hissəsi oldu.
1957-ci ildə isə İsveçdə təqaüdçü Goesta Frohm ilk meşə məktəbinin – Skogsmulle-nin əsasını qoydu. Bu məktəblərin yaranmasında o həm də 1840-cı ildə ilk uşaq bağçasını yaradan alman pioner Fridrix Frobelin işindən ilhamlanıb.
Forest School Azerbaijan 2017-ci ildə bir qrup təhsil idarəçisi və pedaqoqun təşəbbüsü ilə yaranıb. Məktəbli uşaqlarla “Divarsız məktəb” adı ilə təbiətdə müxtəlif interaktiv fəaliyyətlərə başlayan bu təhsil hərəkatı qısa müddətdə ölkəmizdə məşhurlaşmağa başladı.
Forest School Azerbaijanın əsas məqsədi açıq havada müxtəlif öyrədici fəaliyyətlər, təbiətlə harmonik şəkildə layihə əsaslı tədqiqatlar, master-klaslar, ekspedisiyalar, tematik düşərgələr təşkil etməklə öyrənənləri 6 sahədə – fiziki, intellektual, sosial, emosional, mənəvi və xarakterin formalaşdırılması istiqamətində inkişaf etdirməkdir.
Forest School Azerbaijanın aşağıdakı əsas fəaliyyətləri vardır:
Forest School Azerbaijan təhsil proqramına əsasən 6 yaşdan qrup görüşləri və fəaliyyətlərə qoşulmaq olar.
Forest School Azerbaijan-ın məktəblilər üçün fəaliyyətləri 6-10, 11-14, 15-17 yaş qruplarına uyğun aparılır. Hər bir qrupun öyrənmə ehtiyaclarına uyğun proqramlar təmin edilir.
Azərbaycan, ingilis, rus
Fəaliyyətlər, ekspedisiya və düşərgələrimizdə daim rus və ingilis bölməsi üzrə uşaqlar iştirak edir. Uşaqlar dil qruplarına bölünür və onlarla rus/ingilis dilli pedaqoq-lider məşğul olur. Bölmələr üzrə uşaqların minimum sayı 6 olduqda ayrıca qrup kimi formalaşır. Digər hallarda bütün fəaliyyətlərdə tərcümə təşkil edilir.
Forest School Azerbaijan-a qoşulmaq www.forestschool.az saytında olan üzvlük bölməsindən qeydiyyatdan keçmək lazımdır.
Forest School fəaliyyətləri xüsusi təlimlər keçmiş pedaqoq-liderlər tərəfindən təşkil olunur. Bütün liderlər açıq havada fəaliyyətlərin təşkil olunması ilə bağlı uzunmüddətli təlimlənmiş, həmçinin yerli və beynəlxalq dərəcəli ilk yardım sertifikatlarına malikdirlər.
Gecələmə olan düşərgələrdə iştirakçılar kottec tipli istirahət mərkəzləri, təbii ərazilərə çıxışı olan otellər, villa tipli kənd evlərində qalırlar. Standartlara əsasən hər bir iştirakçı pedaqoq liderlə təmin olunur və onların təhlükəsizliyi üçün 24 saat nəzarət sistemi qurulur.
Bütün pedaqoq-liderlər həyat təhlükəsizliyi və sağlamlığın təmin olunması ilə bağlı xüsusi təlimlər keçmişlər. Hər fəaliyyət zamanı standartlara uyğun olaraq ilk yardım qutusu təmin olunur. Pedaqoq-liderlər yerli və beynəlxalq ilk yardım sertifikatlarına sahibdirlər. Fəaliyyətlərin təşkili üçün təhlükəsiz ərazilərin seçilməsi, uşaqların təhlükəsizliyinə nəzarət hər bir pedaqoq-liderin vəzifə borcudur.
Günlük və gecələmə olan fəaliyyətlərdə bütün iştirakçılar tibbi sığortası ilə təmin olunur və onlarla müqavilə bağlanır.
Master klasslar Forest School konsepsiyasına uyğun müxtəlif sahələr üzrə mütəxəssislər, sənətkarlar, elm adamları, maraqlı icma üzvləri, həmçinin Forest School Azerbaijan-nın pedaqoq-liderləri tərəfindən təşkil olunur.
Bəli, fəaliyyətlər ödənişlidir. Bəzi əməkdaşlıq layihələri ödənişsiz təşkil olunur. Bu imkandan yalnız Forest School Azerbaijan-a üzv olan daimi iştirakçılar faydalanır.
Qrup görüşləri:
Günlük düşərgələr:
Ekspedisiyalar (gecələmə olmayan):
Mövsümü düşərgə və ekspedisiyalar:
Master klasslar:
Ödənişlər veb səhifəmiz vasitəsi ilə onlayn (kartla) və ya nağd şəkildə ödənilə bilər.
Bütün fəaliyyətlərin baş tutacağı yer öncədən iştirakçılara və valideynlərə bildirilir. Bakı şəhərində olan fəaliyyətlər zamanı iştirakçılar özləri və ya valideynləri vasitəsi ilə əraziyə gəlirlər. Azyaşlı uşaqlar Forest School Azerbaijan komandasının pedaqoq-liderləri tərəfindən təhvil alınır və fəaliyyətdən sonra təhvil verilir. Regionlarda keçirilən fəaliyyətlər, düşərgələr zamanı isə öncədən toplaşılacaq yer iştirakçılara bildirilir. Nəqliyyat Forest School Azerbaijan tərəfindən təmin olunur. İstisna hallarda valideyn özü uşağı düşərgə ərazisinə gətirib apara bilər. Bu zaman bu məqam təşkilatçılarla razılaşdırılır.
Valideynlə birgə iştirak nəzərdə tutulan fəaliyyətlərdə valideynin iştirak etməsi mümkün olur. Bu daha çox ailələrlə birgə tədbir və düşərgələrə aid olur. Uşaqlar üçün keçirilən fəaliyyətlərə valideynlərin qoşulmasına icazə VERİLMİR.
Xidmətlər üçün ödənilən məbləğlərin geri qaytarılması və ya qaytarılmaması şərtləri:
Forest School Azerbaijan tərəfindən təşkil edilən və Sizin tərəfinizdən qəbul edilən xidmətlər (düşərgə, ekskursiya, təlimlər və bunun kimi digər fəaliyyətlərdə iştirakçı olmaq xidməti) üçün ödənilən məbləğin qaytarılması şərtləri aşağıdakılardır:
Sertifikat təqdim edilməsi nəzərdə tutulan fəaliyyətlərdə verilir. Bütün fəaliyyətlər Forest School beynəlxalq təhsil konsepsiyasına əsaslanır. Sertifikat almaq üçün iştirakçılar uzunmüddətli proqram fəaliyyətlərinə qoşulmalıdır.
Bütün fəaliyyətlərimiz haqqına məlumatlar mütəmadi olaraq veb səhifəmizdə və sosial media hesablarımızda paylaşılır. Bizim rəqəmsal platforma və kanallarımıza aşağıdakı keçidlərdən daxil ola bilərsiniz.
Veb sayt: www.forestschool.az
Youtube: https://www.youtube.com/c/ForestSchoolAzerbaijan
Facebook: https://www.facebook.com/forestschoolazerbaijan
Instagram: https://www.instagram.com/forestschool.az/
Linkedin: https://www.linkedin.com/company/forestschoolazerbaijan/