azruen +994 51 423 24 23 [email protected]

Daxil olun

Qeydiyyat

Hesab yaratdıqdan sonra siz ödəniş statusunu və təsdiqləməni izləyə və həmçinin, tədbir bitdikdən sonra tədbirə rəy bildirə bilərsiniz.
İstifadəçi adı (ancaq ingilis hərflər!)*
Şifrə*
Şifrəni təsdiqləyin*
Ad*
Soyad*
Doğum tarixi*
Email*
Telefon*
Ölkə*
* Hesab yaradaraq, siz bizim Şərtlər və Qaydalar ToplusuMəxfilik Siyasəti ilə razısınız.
Növbəti addıma keçməzdən əvvəl bütün şərtlərlə razılaşın

Artıq üzvsünüz?

Daxil olun
+994 51 423 24 23 [email protected]
azruen

Daxil olun

Qeydiyyat

Hesab yaratdıqdan sonra siz ödəniş statusunu və təsdiqləməni izləyə və həmçinin, tədbir bitdikdən sonra tədbirə rəy bildirə bilərsiniz.
İstifadəçi adı (ancaq ingilis hərflər!)*
Şifrə*
Şifrəni təsdiqləyin*
Ad*
Soyad*
Doğum tarixi*
Email*
Telefon*
Ölkə*
* Hesab yaradaraq, siz bizim Şərtlər və Qaydalar ToplusuMəxfilik Siyasəti ilə razısınız.
Növbəti addıma keçməzdən əvvəl bütün şərtlərlə razılaşın

Artıq üzvsünüz?

Daxil olun

Bir təhsil yanaşması ilə nələr mümkündür?

Təhsil dedikdə ilk ağlınıza nə gəlir?

Parta arxasında, müəllim və şagird arasında olan münasibət yeganə təhsil modeli ola bilər mi? Ümumiyyətlə bu təhsil modeli deyil. Bu sadəcə öyrənmə və ya öyrətmə yanaşması, ola bilər. Təhsil modeli sözün burda istifadə etməmək lazımdır. Təhsil modeli başqa şeydir.

Sözsüz ki, bu sualın cavabını təcrübəsindən asılı olaraq, hər insan fərqli cavablandıra bilər. Amma suala verilən cavabdan asılı olmayaraq bilməli olduğumuz odur ki, təhsili saldığımız qəliblər bizi inkişafdan saxlayır. Qeyri – formal təhsil metodları bəzən hətta formal təhsildən almadıqlarınızı sizə verə bilir. Bura indi adını çəkəcəyim təhsil modeli də daxildir.

Dünyanın bir çox ölkələrində məşhur olan “Forest School” təhsil yanaşması artıq keçən əsrdən bəri inkişaf etməkdədir. Skandinaviya ölkələri adı çəkilən təhsil yanaşmasında dünyada birinci yerdədir. Çünki həm “Forest School”, həm onun kökündə duran friluftsliv yanaşması orada başlamışdır. Friluftsliv yanaşması açıq havada vaxt keçirmənin önəmini vurğulayır. “Forest School” yanaşması isə təbiət ilə təhsili əlaqələndirərək holistik bir yanaşma sərgiləyir. Əsasən açıq hava mühitində, təbiət ilə birlik içində olmaqla təşkil olunur.

Təbiətdən təkcə müəyyən fənlərlə bağlı məlumatlar əldə etmək üçün deyil, həm də fiziki, emosional, intellektual, mental və sosial olaraq inkişafı dəstəkləmək üçün istifadə edilir. Yəni ki, bu təhsil yanaşması təbiətə öyrənmək üçün bir resurs kimi baxır. Açıq havada təhlükəsiz şəkildə risklər etməyi, problem həll etmə bacarıqlarını aşılayır. Təbiətdə öyrənmə yanaşması toxunaraq, hiss edərək, qısaca duyğu orqanları vasitəsilə ətraf aləmlə bağ qurmaq imkanını formalaşdırır.

Forest School təhsil yanaşması vasitəsi ilə davamlı fəaliyyətlərdə iştirak edən uşaqlarda daha çox sakitlik, qorxuya və stressə daha rahatlıqla qalib gələbilmə göstəriciləri aşkar olunmuşdur. Bunun əksi olaraq qapalı məkanlarda daha çox vaxt keçirən uşaqlar qlobal ekoloji problemlər üçün də mənfi hal olaraq qarşılanır. Çünki təbiət ilə bağ qura bilməmiş və açıq havada az vaxt keçirən uşaqlar onu qorumaq barədə çox düşünmür. Riçard Louvun “Meşədə son uşaq” kitabında qeyd edir ki, qapalı məkanlarda çox olmağın nəticəsində açıq havada az vaxt keçirən uşaq və yetişkin şəxslərdə təbiətdə olmaq qorxu və iyrənmə hissi formalaşdırır. Araşdırmalar təbiətdə az vaxt keçirən böyüklərdə bir sıra problemlərin olduğunu da ortaya qoymuşdur.

Dünya üzərində yalnızca bir neçə ölkədə təbiətdə vaxt keçirmək uşaqların təbii haqqı kimi qəbul edilir. “Uşaq hüquqları haqqında” Birləşmiş Millətlər Təşkilatın Konvensiyası uşaqların azad şəkildə təbiətdə olmaq və oyun oynamasını təbii haqq kimi qəbul etsə, məktəbdə bunu nəzərə almalı olsalar da hər ölkə buna əməl etmir.

Demək olar ki, Forest School təhsil yanaşmasının tətbiqi hər ölkə üçün fərqlidir Yanaşma eyni qalsa da, hava şəraiti, insanların ehtiyacları eyni olmur. Əslində məqsəd eynidir – təbiət ilə birlikdə öyrənməni tətbiq etmək.

Məsələn, Skandinaviya ölkələrində havalar soyuq olur və buna uyğun olaraq insanların yanaşması da fərqlidir. Onlar üçün havanın pis olması ciddi problem hesab olunmur. Danimarkada meşə məktəbi məktəb öncəsi təhsilin önəmli bir parçasını təşkil edir.

Dünyada getdikcə populyarlaşan yanaşma üçün bu diqqətlə bərabər onun haqqında araşdırma istiqamətlərini də artırır. Yeni İqtisadiyyat Fondu (New Economics Foundation) məktəbdə uğurlu ola bilməyən şagirdlər üzərində “Forest School” təhsil yanaşmasının necə fərq yaratdığını araşdırmışdır. Nəticə olaraq, onlarda güvən, sosial bacarıqlar, kommunikasiya, motivasiya, fiziki bacarıqlar, bilik və anlayış səviyyələri artmışdır. Müstəqillik verilməsi ilə artan özgüvən, bir – birinə yardım etməklə artan birlik və komanda olmaq, hərəkətlərinin başqaları və təbiət üzərində olan təsirlərini görməklə olan fərqindəlik sosial bacarıqları inkişaf etdirir. Təbiətdə öyrənmək uşaqların verilən tapşırıqlara fokus olmaq, konsentrasiya və daxili motivasiyanı hiss etmələrinə kömək edir, toxunaraq və praktika edərək müxtəlif fəaliyyətlə motor bacarıqlarını inkişaf etdirirlər.

Müəllif – Kəmalə Quliyeva

“Quşları müşahidə et” ailəvi ekspedisiyası təşkil olunub
22.04.2024
Lənkəranda 3-5 yaşlı uşaqların ilk qrup görüşü başlanmışdır
21.04.2024
Lənkəranda Yaz Düşərgəmiz baş tutub
26.03.2024

Arxivlər

×