Əsmət Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix və Coğrafiya fakültəsinin “Tarix və coğrafiya müəllimliyi” ixtisasını bitirib və təhsilini AMEA-nın H. Ə. Əliyev adına Coğrafiya İnstitutunda “Ərazi planlaşdırma və rayon plana alınması” üzrə magistratura səviyyəsində davam etdirib. Hal-hazırda, o, doktorantura pilləsi üzrə “Tarixi coğrafiya, siyasi və rekreasiya coğrafiyası” sahəsində araşdırmalarını H. Ə. Əliyev adına Coğrafiya İnstitutunda aparır.
Əsmət Bakı Dövlət Universitetinin “Coğrafiyanın tədrisi və metodikası” kafedrasında saathesabı müəllim kimi fəaliyyət göstərərək coğrafiya sahəsindəki bilik və təcrübəsini tələbələrlə paylaşır. O, coğrafiya üzrə 10-dan çox elmi məqalənin müəllifidir və bir çox yerli və beynəlxalq konfranslarda iştirak edib.
Təhsil sahəsində fəaliyyətindən əlavə, Əsmət, dünyanın ən nüfuzlu təşkilatlarından biri olan BMT-nin Əhali Fondunun (UNFPA) layihələrində iştirak edərək müxtəlif proqramların icrasında təcrübə qazanmışdır. Hazırda isə o, Forest School Azerbaijan-da Tədris Proqramlar üzrə menecer və erkən yaşlı uşaqlar və onların valideynləri ilə iş üzrə pedaqoq-lider kimi çalışır. Əsmətin məqsədi uşaqlara və gənclərə təbiəti sevdirmək, onlarda sosial və emosional bacarıqları inkişaf etdirmək və gələcək üçün daha güclü bir nəsil yetişdirməkdir.