Günay “Bakı Slavyan Universiteti”nin magistratura məzunudur. O, peşəkar olaraq fotoqrafiya və sosial media marketinqi ilə məşğuldur. Bununla yanaşı, ölkə səviyyəli müsabiqələrin, layihələrin qalibi, həmçinin, emosional-psixoloji məqalələrinin müəllifidir. Uzun müddətdir ki, pedaqoji fəaliyyətlə məşğuldur və müxtəlif yaşlı uşaqların təlim-tərbiyəsində təcrübəyə malikdir.
Təhsil sahəsində yerli və beynəlxalq layihələrin idarəolunmasında çalışmışmışdır. Bura dünyanın ən nüfuzlu təşkilatlarından olan “National Geographic”, “Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu (UNFPA)”, “BMT-nin Qadınlar Agentliyinin (UN Women)”, dövlət və qeyri-dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələr daxildir.
Paralel olaraq fərdi inkişaf istiqamətində təlim və seminarların məzunudur. Aktiv şəkildə foto-bloqerlik, təbiətlə bağlı unikal məkanların kəşfi ilə maraqlanır. Hazırda müxtəlif auditoriyalı valideynlər, tərəfdaşlarla işləyir və peşəkar olaraq açıq havada təhsil üzrə pedaqoq-lider kimi fəaliyyət göstərir.