Sevinc Böyük Britaniya dövləti tərəfindən maliyyələşən 2020/2021 Chevening və Tinson Təqaüd Proqramlarının qalibidir. Effektiv dinləmə qabiliyyəti, diksiyası, tənqidi düşüncəsi, hüquqi araşdırma və mükəmməl ünsiyyət bacarıqlarına malik yüksək təcrübəli və yeniliklərə açıq hüquqşünasdır.
Birləşmiş Millətlər Təşkilatının Universal Dövri İcmalında qadın hüquqları və gender bərabərliyi ilə əlaqədar 2018-ci ildə ictimai vəkillik etmişdir. O, həmçinin gənclərin inkişafı və insan hüquqları sahəsində təlimçi olaraq fəaliyyət göstərir.
Təzyiq altında və böhran vəziyyətində işləmə, liderlik və sürətli öyrənmə bacarığı ilə seçilir. Məhkəmə iclaslarına hazırlıqda effektiv köməklik göstərməyi və Beynəlxalq İnsan Hüquqları, Mülki və Mülki Prosessual Qanunvericilik biliklərini hüquqi sənədlərin hazırlanması üçün tətbiq etməyi bacarır.