Ərus yerli və beynəlxalq təşkilatların idarə olunması işində uzunmüddətli təcrübəyə malikdir. O, Filologiya üzrə magistr təhsilinə sahibdir.
Ərus dünyanın ən nüfuzlu təşkilatları olan UNICEF, BMT, National Geographic, USAID ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən proqram və layihələrin idarə olunmasında çalışmışdır. Bununla yanaşı ölkəmizdə fəaliyyət göstərən ən aktiv gənclər təşkilatları, özəl biznes təşkilatlarında idarəetmə, layihə və proqramların koordinasiyası sahəsində təcrübəyə malikdir.
O, hazırda təhsil sahəsində startupların, korporativ əməkdaşlıq istiqamətində müxtəlif biznes təşkilatlarla ünsiyyətin qurulması, təmsil etdiyi qurumlara əlavə resursların cəlb olunması ilə məşğuldur.
Ərus, həvəskar olaraq musiqi ilə, həmçinin erkən yaşlı uşaqlar və onların valideynləri ilə iş üzrə pedaqoq-lider kimi fəaliyyət göstərir.