azruen +994 51 423 24 23 [email protected]

Daxil olun

Qeydiyyat

Hesab yaratdıqdan sonra siz ödəniş statusunu və təsdiqləməni izləyə və həmçinin, tədbir bitdikdən sonra tədbirə rəy bildirə bilərsiniz.
İstifadəçi adı (ancaq ingilis hərflər!)*
Şifrə*
Şifrəni təsdiqləyin*
Ad*
Soyad*
Doğum tarixi*
Email*
Telefon*
Ölkə*
* Hesab yaradaraq, siz bizim Şərtlər və Qaydalar ToplusuMəxfilik Siyasəti ilə razısınız.
Növbəti addıma keçməzdən əvvəl bütün şərtlərlə razılaşın

Artıq üzvsünüz?

Daxil olun
+994 51 423 24 23 [email protected]
azruen

Daxil olun

Qeydiyyat

Hesab yaratdıqdan sonra siz ödəniş statusunu və təsdiqləməni izləyə və həmçinin, tədbir bitdikdən sonra tədbirə rəy bildirə bilərsiniz.
İstifadəçi adı (ancaq ingilis hərflər!)*
Şifrə*
Şifrəni təsdiqləyin*
Ad*
Soyad*
Doğum tarixi*
Email*
Telefon*
Ölkə*
* Hesab yaradaraq, siz bizim Şərtlər və Qaydalar ToplusuMəxfilik Siyasəti ilə razısınız.
Növbəti addıma keçməzdən əvvəl bütün şərtlərlə razılaşın

Artıq üzvsünüz?

Daxil olun

Yürüş, sağlamlıq və fitness

Məşq etməyə başlayın. Sağlam qidalanın. Aktiv olun. Yürüşün bütün ailə üçün faydalı olmasının əsaslı səbəbləri vardır.

Öz ailənizi yürüşə cəlb edin. Siz təkcə ailənizlə ünsiyyətdən zövq almaqla qalmayacaq, həmçinin, aktiv həyat tərzinin nəticələrindən ailənin necə bəhrələndiyini görəcəksiniz.

İş, məktəb, ev tapşırıqları, şam yeməyi…

Çox güman ki, qaynar həyat tərziniz var. Ola bilər ki, ailəniz ilə vaxt keçirərkən ekspertlərin məsləhət gördüyü aktiv həyat tərzini yaratmaqda çətinlik çəkirsiniz. Ailəvi planlamalar edərkən fiziki olaraq aktiv vaxt keçirə, həm əylənə, həm də yaxınlarınızın sağlamlığını təmin edə bilərsiniz.

Budur yürüşün ailənizdəki uşaq və böyüklərə faydalı olacaq 4 səbəbi:

1. Xəstəliklərin qarşısını alır

Yürüş sizin və ailənizin sağlamlığında yaranacaq riskləri, problemləri qarşısını almaq üçün əla vasitədir.

Xəstəliklərin kontrol mərkəzi hər həftə üçün 150 dəqiqə orta aralıqlı aerobik məşqlər etməyi məsləhət görür. 150 dəqiqəni təmin etmək üçün sürətli yürüş orta aralıqlı məşqlər hesab edilir, daha yaxşı nəticələr əldə etmək üçün vaxtı artıra bilərsiniz. Uşaqlar və yeniyetmələr üçün təklif olunan hər gün 60 dəqiqə fiziki aktivliyə əməl olunsa, xroniki xəstəliklərdən olan diabet və ürək xəstəliklərinin qarşısı alınar. Siz də övladlarınıza qoşularaq sağlamlığınıza fayda verə bilərsiniz. Orta səviyyəli fiziki hərəkətlər sağlamlıqla bağlı riskləri, problemləri – piylənmə, astreoartrid, depressiya, onurğa ilə bağlı problemlərin qarşısının alınmasına səbəb olur. Təbii ki, əgər siz yürüşün vaxtını artırsanız, bu risklərin səviyyəsi də enər. Statistika göstərir ki, hər gün 30 dəqiqəlik yürüş sadalanan xəstəliklərin yaranma riskini azaldır.

2. Sağlam sümüklər

Ağır məşqlər zamanı, həmçinin, yürüş zamanı sümükləri möhkəmləndirən yeni sümük toxmaları əmələ gəlir. Yürüş eyni zamanda stol ətrafında oturan, oturaq həyat tərzi keçirərkən passiv qalan omba əzələlərini, dizaltı əzələlərini aktivləşdirir, sümüklərin möhkəmlənməsini təmin edir. Belə fəaliyyətlər ən çox yeniyetmələrə və uşaqlara vacibdir. Çünki onların orqanizmi inkişaf mərhələsində olur. Bu dövrdə sümüklərin və əzələlərin sağlamlığını təmin etmək gələcəkdə sümük kütləsinin itkisinin qarşısını alır.

Sümük kütləsinin ən pik səviyyəsi ömrün üçüncü onilliyində olur. Bu səbəbdən də yaşlı kişi və qadınlara da fiziki aktivlik vacibdir.

Yürüş əzələlərin gücünü, kordinasiyasını, tarazlığını qoruyur. Bunlar da yıxılmalar zamanı sümük qırılmalarının qarsısını alır. Yaşlı insanlar üçün asan və təhlükəsiz bir aktivlikdir. Öz valideynləriniz, babalarınız və nənələrinizlə rahatladan, xoş gəzinti keçirməyə cəhd edin.

3. Psixoloji sağlamlığı yaxşılaşdırır

Psixi sağlamlıq yaratmaq üçün fiziki aktivlik faydalıdır. Rahat yuxu, yaxşı əhval yaradır, depressiya riskini azaldır. Özünüqiymətləndirməni, özgüvəni artırır, yorğunluğu, narahatlığı, tədirginliyi azaldır. Yaşlı insanlarda koqnitiv funksiyaları yaxşılaşdırır, ağırlaşmaların qarşısını alır.

Yürüş sizin zehninizin açılmasına, şüurunuzun təmizlənməsinə səbəb olur. Yürüş zamanı meditasiya dərketməni, idrakı yüksəldir. Yeni vərdiş olaraq bunu seçə bilərsiniz.

4. Diqqətini toplamaq

Bütün gün işdə və məktəbdə olduqdan sonra yorulursunuz, diqqətiniz dağılır və yaxınlarınızla ünsiyyət qurmaqda çətinlik çəkirsiniz. Araşdırmalar göstərir ki, təbiətdə yürüşlər etmək diqqəti bərpa edir, sosial siqnalları dərk etməyə yardım edir. Qarşılıqlı pozitiv münasibətlərin yaranmasına, bərpa olunmasına kömək edir.

Digər insanlarla birlikdə yürüş etmək sizin motivasiyanızı artıra bilər, daha uzun məsəfəni qət etməyə motivə edə bilər. Söhbətləşmək, təcrübələri bölüşmək, ailə ilə birlikdə öyrənmək ailə daxili bağları möhkəmləndirir, onlarla şən vaxt keçirmə fürsəti yaradır, ailəni sağlam edir, daha çox yürüməyə motivə edir. Hər kəs faydalanır.

Uşaqlara telefondan, kompyuter və digər texnoloji vasitələrdən uzaqlaşdırılmaq, açıq havaya çıxmaq, real dünyada, aləmdə oynamaq imkanı yaradır. Aktiv həyat tərzi modeli yaradaraq övladlarınızı və nəvələrinizi belə həyat tərzinə həvəsləndirə bilərsiniz. Həmçinin, uşaqlarınız sizi daha aktiv olmağa, oynarkən onlardan geri qalmamağa sizi də motivə edə bilər.

Artıq sizin gününüz doludursa, ailənizlə daha çox fiziki aktivlik etmək üçün zaman ayırmaq sizə çətin gələ bilər. Lakin siz ailənizlə birlikdə edə biləcəyiniz aktivliklər axtarışındasınızsa, bu sizə çətin görünməməlidir.

Yürüş ailənizlə birlikdə sağlamlığınızı yaxşılaşdıran əla vasitədir.

Tərcümə: FSA qrup lideri Səidə Məlikzadə.

Mənbə: https://blog.mypacer.com/2018/06/13/4-reasons-walking-is-great-for-the-whole-family/

“Quşları müşahidə et” ailəvi ekspedisiyası təşkil olunub
22.04.2024
Lənkəranda 3-5 yaşlı uşaqların ilk qrup görüşü başlanmışdır
21.04.2024
Lənkəranda Yaz Düşərgəmiz baş tutub
26.03.2024

Arxivlər

×