azruen +994 51 423 24 23 [email protected]

Daxil olun

Qeydiyyat

Hesab yaratdıqdan sonra siz ödəniş statusunu və təsdiqləməni izləyə və həmçinin, tədbir bitdikdən sonra tədbirə rəy bildirə bilərsiniz.
İstifadəçi adı (ancaq ingilis hərflər!)*
Şifrə*
Şifrəni təsdiqləyin*
Ad*
Soyad*
Doğum tarixi*
Email*
Telefon*
Ölkə*
* Hesab yaradaraq, siz bizim Şərtlər və Qaydalar ToplusuMəxfilik Siyasəti ilə razısınız.
Növbəti addıma keçməzdən əvvəl bütün şərtlərlə razılaşın

Artıq üzvsünüz?

Daxil olun
+994 51 423 24 23 [email protected]
azruen

Daxil olun

Qeydiyyat

Hesab yaratdıqdan sonra siz ödəniş statusunu və təsdiqləməni izləyə və həmçinin, tədbir bitdikdən sonra tədbirə rəy bildirə bilərsiniz.
İstifadəçi adı (ancaq ingilis hərflər!)*
Şifrə*
Şifrəni təsdiqləyin*
Ad*
Soyad*
Doğum tarixi*
Email*
Telefon*
Ölkə*
* Hesab yaradaraq, siz bizim Şərtlər və Qaydalar ToplusuMəxfilik Siyasəti ilə razısınız.
Növbəti addıma keçməzdən əvvəl bütün şərtlərlə razılaşın

Artıq üzvsünüz?

Daxil olun

Sağlam uşaq oynamalı, çox hərəkət etməli, çirklənməlidir!

Biz böyüklər uşaqların hətta həyətdə oynadıqları zamanlarda təmiz qaldıqlarını, təmkinli, sakit olduqlarını, təsəvvürlərində oynadıqlarını tez-tez təsdiq edirik. Bu uşaqlıqdırmı? Xeyr!

Uşaqların hərəkət etməyə, tədqiq etməyə, macəralar yaşamağa, yəni dünyanı kəşf etməyə ehtiyacı var. Nə qədər ki onlar belə edirlər həyəcanlanırlar, çirklənirlər bu normaldır. Burada neqativ və ya patologiya yoxdur, sağlam, xoşbəxt uşaqlıq vardır.

Çirklənmək əyləncəlidir və öyrənməyi stimullaşdırır.

Böyüklər əlləri və üst-başı palçıqdan, yeməkdən çirklənmiş uşaqları gördükdə bəlkə də öz-özlərinə düşünürlər «Bir valideyn öz övladına belə bir şey etməyə necə icazə verə bilir»? Məgər o öz övladına düzgün olanı, necə davranmaq lazım olduğunu öyrətməyib?

Çox adam uşaqların onları əhatə edən dünyanı duyğu orqanları vasitəsilə öyrəndiklərini düşünmürlər. Uşaqlar təkcə baxaraq öyrənmirlər, onlar eyni zamanda qoxu və dad alaraq öyrənirlər. Bu cür öyrənmə onların uşaqlıqda yaşaya bildikləri ən zəngin yaşanmışlıqlardır.

Uşaqların suya, quma jelatınə, palçığa, rənglərə, una toxunaraq öyrənmək imkanı varsa, onların hiss etdikləri hər şey həddən çox maraqlı tapıntı halına gəlir və neyronlar arasında əlaqələnməyə səbəb olur.

Qoy çirklənsinlər bu onlara müxtəlif materialları təcrübədən keçirməyə imkan yaradır. Heç bir qaydası olmayan bu oyunlar uşaqlarda təbii öyrənməyə maraq yaradır, təcrübə əldə etməyi inkişaf etdirməyə kömək edir.

De Monfor universitetinin araşdırmalarına istinadən yeməyi ilə oynamaq icazəsi olan uşaqlar yeni dadları dadmağa, ən nəhayətdə isə müxtəlif növ yeməklərə asanlıqla alışmaqlarına səbəb olur.

Bundan əlavə Ayola universitetinin psixoloqları yeməklə oynamağın öyrənməyə müsbət təsir etdiyini müəyyənləşdirmişlər. Onlar 72 uşaq üzərində müşahidələr apararaq qoxlamağa, toxunmağa, atmağa icazə verilən 16 aylıq uşaqlar toxunduqları şeylərin adlarını digərlərinə görə müqayisədə daha tez yadda saxladıqlarını müəyyənləşdirmişlər. Elə buna görə də qoyun uşaqlarınız çirklənsinlər, bu onlar üçün təkcə əyləncə deyil, həyata qarşı daha da doğru, açıq münasibətdə olmağa, öyrənməyi maraqlı prosesə çevirməyə imkan yaradır.

Daha təmiz mühitdə böyüyən uşaqlar daha tez xəstələnirlər.

Palçıqla, qumla, palçıq və heyvanla oynayaraq böyümək təkcə emosional, məlumatlandırıcı inkişaf üçün faydalı deyil, eyni zamanda sağlamlığa da faydalıdır. Həddən çox təmiz bu yaxşı deyil və immun sisteminin zəifləməsinə səbəb olur.

Əlbəttə ki valideynlər övladlarının xəstələnməsini istəmirlər, amma boya ilə bulanmış paltar, çirklənmiş əllər və ya ayaqqabılarla bir neçə dəqiqə keçirmək hələ dünyanın axırı demək deyil. Əksinə olduqca normaldır ki uşaqlar özlərini xoşbəxt hiss edir, onların immun sistemi aktivləşir.

Əslində son illərdə allergiya və digər otoimmun xəstəliklərin sürətlə artışı təəccüblü deyildir. Alimləri sual maraqlandırır bu problemlər uşaqların artıq heç bir potogenlərin təsirinə məruz qalmaması nəticəsində yaranır, elə buna görədir ki immun sistemi möhkəmlənmir, zəifləyir. Buna məşhur «Gigiyenik fərziyyə» nəzəriyyəsi deyilir, hansı ki ev heyvanlarının az olduğu, heç olmadığı, mikroorqanizmlərin az olduğu şəhər mühitində bədənin təbii müdafiə mexanizminin yaranması önlənir, xəstəliklərin artma riski yaranır.

Hazırda isə “Beynəlxalq alimlər” qrupunun tədqiqatları bu fərziyyəni Finlandiyada hansı ki immun sistemi xəstəliklərinin yaranması erkən yaşlarda özünü büruzə verir və Kareliidə (Rusiya Federasiyası) immun sistemi xəstəlikləri az müşahidə olunur, burada yaşayan və doğulan 222 uşaqda müşahidələr apararaq onların bağırsaqlarının mikribiotasını, həzm sisteminin mikroflorasını analiz edərək təsdiqləmişdir.

Alimlər bu uşaqların yaşayışlarının ilk 36 aylarında qidalanma vərdişlərini analiz edərkən aydın olmuşdur ki, finlandiyalı və estoniyalı uşaqların mikrobiotikasında bakteriyalar üstünlük təşkil edir, hansı ki rusiyalı uşaqlarda isə bifidobakteriyalar çoxluq təşkil edir. Həzm sisteminin xəstəlikləri qərb həyat tərzi ilə əlaqəlidir.

Bütün bu müşahidə və tədqiqatlardan məlum olmuşdur ki, uşaqları müdafiə məqsədi ilə həddindən artıq gigiyena həqiqətən tərs effekt verir, əksinə uşaqların daha tez – tez xəstələnməsinə zəmin yaradır.

Uşaqlardan tələb etmək və oyunlara məhdudiyyətlər qoymaq.

Qeyd etmək lazımdır ki bəzi uşaqlara müxtəlif maddələrə toxunmaq heç də xoş olmaya bilər. Siz onları məcbur etməməlisiniz. Qoyun onlar özlərinə rahat olan oyun üsullarını seçsinlər. Əlbəttə siz evdə uşaqları istədikləri vaxt həddən artıq lazımsız risk qarşısında qoymamalısınız, bu tipli oyunlar üçün yer və vaxt təyin edə bilərsiniz.

Valideynlər üçün ən vacib

Uşaqlara sərbəst qaçmağa, ətraf mühiti kəşf etməyə imkan yaratmaq onların fiziki və əqli inkişafı üçün vacibdir, yararlıdır. Biz uşaqları böyüklərin dünyasındakı zindana qapatmamalı, onları sərbəst oyunlara həvəsləndirməli, təəccüblənmək bacarığını və beş duyğu orqanlarının köməyi ilə onları əhatə edən mühiti, dünyanı kəşf etmək azadlığını bəxş etməliyik. Əlbəttə onlar bunu arzu edirlərsə!

Tərcümə: FSA qrup lideri Səidə Məlikzadə.

Mənbə: https://psychology-spot.com/growing-a-healthy-baby/

Eksperimental qrupların həftəsonu görüşləri davam edir
15.03.2024
Məktəbəqədər pedaqoqlar üçün təlim keçirildi
10.03.2024
“Forest School – alternativ məktəbəqədər təhsil proqramı” layihəsinə start verildi
07.03.2024

Arxivlər

×