13 aprel tarixində Fominov Consulting şirkətinin tərəfdaşlığı ilə Şirvan Milli Parkında “Quşları müşahidə et” ailəvi ekspedisiyamız baş tutmuşdur.Ekspedisiyada iştirakçılar Qızılqaz gölündə quşları müşahidə edərək milli park ərazisində məskunlaşan müxtəlif quş növləri ilə tanış olublar. Həmçinin “Forest School” təhsil yanaşmasına uyğun olaraq fəaliyyətlərdə iştirak ediblər.Bununla yanaşı Laquna marşrutunda heyvan izlərini araşdırmış və Bəndovan palçıq vulkanları haqqında...Ətraflı
14-15 mart tarixində Balakəndə “Təbiətdə macəra kvesti” layihəsi çərçivəsində baş tutmuş “Açıq havada təhsil üzrə mütəxəssis” təlimlərindən maraqlı görüntüləri sizinlə bölüşürük.Qeyd edək ki, layihə Azərbaycan Respublikası Elm və Təhsil nazirliyi tərəfindən elan olunan Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsi çərçivəsində həyata keçirilir.Siz də təlimlərimizə qoşulmaq tədris metodlarınızı inkişaf etdirmək istəyirsinizsə, səhifəmizi izləyərək növbəti...Ətraflı
3-5 yanvar tarixlərində Qış Düşərgəmiz baş tutub.Üç gün davam etmiş düşərgədə uşaqlar möhtəşəm qar mənzərəsi olan Laza kəndində müxtəlif qış idman növləri və maraqlı açıq hava fəaliyyətləri ilə məşğul olublar.Həmçinin iştirakçılar “Forest School” təhsil konsepsiyasına uyğun olaraq müxtəlif sosial, emosional, fiziki və intellektual fəaliyyətlərə cəlb olunublar.Ətraflı
BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı, COP29-un İqlim üzrə Gənclər Çempionunun və “Forest School Azerbaijan”ın dəstəyi ilə 11-13 oktyabr tarixlərində Lənkəran şəhərində “Qızlar İqlim Fəaliyyətinin Mərkəzində” adlı düşərgə təşkil edilib.Ölkənin müxtəlif regionlarından 25-dək yeniyetmə qızın qatıldığı düşərgənin keçirilməsində məqsəd qızlarda təcrübəyə əsaslanan öyrənmə, liderlik və açıq hava məşğələləri vasitəsilə iqlim dəyişikliyi ilə mübarizə mövzusunda...Ətraflı
29 sentyabr tarixində Şirvan Milli Parkında “Quşların İzi ilə” adlı ailəvi ekspedisiya baş tutdu.Ekspedisiya Milli parkın flora və faunası haqqında məlumatlandırıcı sessiya ilə başladı.Daha sonra ailələr Laquna marşrutunda heyvan izlərini tapmaq üçün səfərə çıxdılar. Onlar kəşf etdikləri izlərin qəliblərini çıxararaq hansı heyvanın izi olduğunu araşdırdılar.Safari vasitəsi ilə iştirakçılar vəhşi təbiətin möcüzələrini kəşf edərək heyvanları və...Ətraflı
BMT-nin Əhali Fondunun təşkilatçılığı, COP29-un İqlim üzrə Gənclər Çempionunun və “Forest School Azerbaijan”ın dəstəyi ilə 11-13 oktyabr tarixlərində Lənkəranda “Qızlar İqlim Fəaliyyətinin Mərkəzində” adlı düşərgə təşkil ediləcək.14-17 yaşlı yeniyetmə qızlar üçün nəzərdə tutulmuş düşərgənin əsas məqsədi qızlarda təcrübəyə əsaslanan öyrənmə, liderlik və açıq hava məşğələləri vasitəsilə iqlim dəyişikliyi ilə mübarizə mövzusunda həssas yanaşma formalaşdırmaqdan ibarətdir.3...Ətraflı
30 avqust – 1 sentyabr tarixlərində Mingəçevir şəhərində Aqua Camp tədbirimiz baş tutmuşdur.Bol əyləncəli və öyrədici keçən düşərgədə uşaqlar öz sahəsinin peşəkarları ilə unudulmaz təcrübə yaşayıblar.Avarçəkmə üzrə nəzəri və praktiki məşğələlərdə olaraq Kür çayında avar çəkiblər.FHN Sularda Xilasetmə Dövlət xidmətinin xilasediciləri ilə birlikdə ilk yardım qaydalarını öyrəniblər.Dalğıclığın əsaslarını öyrənərək əyani şəkildə təcrübə ediblər.Balıq tutma bacarıqlarına...Ətraflı
Forest School Azerbaijan və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan “Alternativ məktəbəqədər təhsil xidmətlərinin təşkili” pilot proqramı çərçivəsində Lənkəranda 3-5 yaş qrupu üçün baş tutan Forest School qrup görüşləri başa çatıb.Layihə çərçivəsində 4 ay ərzində iştirakçılar açıq havada Forest School konsepsiyası əsasında hazırlanmış və onların inkişafını müxtəlif istiqamətlərdən (sosial, emosional, intellektual və...Ətraflı
Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondu (UNFPA) və BMT-nin Qadınlar Agentliyi (UN Women) tərəfindən həyata keçirilən “Avropa İttifaqı Gender Bərabərliyi naminə: birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı çərçivəsində “Atalar Məktəbi – Məsuliyyətli Atalığa Doğru” layihəsinin növbəti fazasına start verilib.“Forest School Azərbaycan” və Azərbaycan Maarifçilər Assosiasiyasının dəstəyi ilə icra olunan layihə...Ətraflı
22-23 iyun tarixlərində “Forest School Azerbaijan” və “Fominov Consulting” şirkətinin birgə tərəfdaşlığı ilə Şamaxı Astrofizika Rəsədxanasında “Astro Camp” tədbiri baş tutdu.Düşərgə zamanı iştirakçılar astronomiyaya həsr olunmuş müxtəlif inkişaf etdirici fəaliyyətlərdə və master-klasslarda iştirak etdilər.Ən əsası isə rəsədxananın ərazisində yerləşən 6 teleskopdan biri vasitəsilə səmanı müşahidə edə bildilər.Təbiətin möcüzələrini kəşf etmək və göy cisimlərini daha yaxından...Ətraflı