29 sentyabr tarixində Şirvan Milli Parkında “Quşların İzi ilə” adlı ailəvi ekspedisiya baş tutdu.
Ekspedisiya Milli parkın flora və faunası haqqında məlumatlandırıcı sessiya ilə başladı.
Daha sonra ailələr Laquna marşrutunda heyvan izlərini tapmaq üçün səfərə çıxdılar. Onlar kəşf etdikləri izlərin qəliblərini çıxararaq hansı heyvanın izi olduğunu araşdırdılar.
Safari vasitəsi ilə iştirakçılar vəhşi təbiətin möcüzələrini kəşf edərək heyvanları və quşları öz təbii yaşayış mühitində müşahidə etdilər. Həmçinin batmış Bəndovan şəhərinin yerləşdiyi ərazini görmək imkanı əldə etdilər.
Ekspedisiya palçıq vulkanlarına baş çəkməklə başa çatdı. İştirakçılar bu təbii hadisəni müşahidə edərək onun mənşəyi haqqında da geniş məlumat aldılar.


