azruen +994 51 423 24 23 [email protected]

Daxil olun

Qeydiyyat

Hesab yaratdıqdan sonra siz ödəniş statusunu və təsdiqləməni izləyə və həmçinin, tədbir bitdikdən sonra tədbirə rəy bildirə bilərsiniz.
İstifadəçi adı (ancaq ingilis hərflər!)*
Şifrə*
Şifrəni təsdiqləyin*
Ad*
Soyad*
Doğum tarixi*
Email*
Telefon*
Ölkə*
* Hesab yaradaraq, siz bizim Şərtlər və Qaydalar ToplusuMəxfilik Siyasəti ilə razısınız.
Növbəti addıma keçməzdən əvvəl bütün şərtlərlə razılaşın

Artıq üzvsünüz?

Daxil olun
+994 51 423 24 23 [email protected]
azruen

Daxil olun

Qeydiyyat

Hesab yaratdıqdan sonra siz ödəniş statusunu və təsdiqləməni izləyə və həmçinin, tədbir bitdikdən sonra tədbirə rəy bildirə bilərsiniz.
İstifadəçi adı (ancaq ingilis hərflər!)*
Şifrə*
Şifrəni təsdiqləyin*
Ad*
Soyad*
Doğum tarixi*
Email*
Telefon*
Ölkə*
* Hesab yaradaraq, siz bizim Şərtlər və Qaydalar ToplusuMəxfilik Siyasəti ilə razısınız.
Növbəti addıma keçməzdən əvvəl bütün şərtlərlə razılaşın

Artıq üzvsünüz?

Daxil olun

Təbiət ilə yaradıcı təfəkkürün əlaqəsi

Hər insanın yaradıcı düşüncə barədə fikirləri fərqli olur. Çox zaman bu sözü təkcə sənətlə əlaqələndirirlər – rəsm, heykəltaraşlıq da bura daxildir. Bununla belə, problemləri görmək və həllər gətirə bilmək, fərqli baxış bucağı ilə baxa bilmək də yaradıcı düşüncədən qaynaqlanır. Yenə də, bəzən düşünülür ki, bu qabiliyyəti inkişaf etdirmək mümkün deyil, gərək o istedadla doğulasan.

Maraqlı bir fakt isə odur ki, yaradıcılığın inkişafının ilk mərhələsində maraq çox böyük yer tutur. Uşaqları müşahidə edərkən görmək olur ki, onların dünyanı kəşf etmək, araşdırmaq marağı var, böyüdükcə bu bacarıq getdikcə zəifləyir, səbəb isə valideynlərin bundan xəbərsiz olmasıdır.

Ken Robinson yazmışdır ki, hər kəs yaradıcı potensiala malikdir, əsas çətinlik onu inkişaf etdirməkdir.

Yaradıcılıq inkişafı vacibdir, çünki istər problemlərin həllində, istərsə də özünü ifadədə bu özünü göstərir. Şəxsin həyatına da təsirsiz ötüşmür.

Yaradıcılıq inkişafı uşaq inkişafına töhfə verir. Faydaları bunlardır: Koordinasiya və motor bacarıqları inkişaf edir, uşaqlar öz bacarıqlarının fərqinə varırlar, özgüvən, kommunikasiya, problem həll etmə bacarığı inkişaf edir, həmin uşaqlar öz fərdiliklərinin fərqinə vara bilirlər.

Erkən yaş üzrə mütəxəssis professor Tina Bruce qeyd etmişdir ki, uşaqların yaradıcı potensialına dəstək üçün valideynlərin onları dəstəkləməyi önəmlidir. Bruce uşaqlarla həssas əlaqə olmasa yaradıcı potensialın azalacağını vurğulayır. Yenə də onu bilmək lazımdır ki, yaradıcı düşüncə prosesdir və onlar cəsarətləndirilmə və dəstək gözləyirlər.

Yaradıcılıq prosesi 4 mərhələdən ibarətdir:

  1. Hazırlıq mərhələsi: Bir mövzuya maraqla başlayır, məlumat toplama, lazımi bilikləri əldə etmək mərhələsidir.
  2. Yaradıcı düşünmə prosesi: Bu mərhələdə toplanılan məlumatlar arasında bağ qurulur.
  3. Fikir: Ağıla yeni ideyalar gəlir, hazırlıq mərhələsi öz nəticəsini göstərir.
  4. Dəyərləndirmə: Məntiq ilə o ideyanın dəyərli olub, olmadığı ilə bağlı bir qərar verilir.

İlk iki mərhələdə təbiət önəmli rol oynayır. Uşaqlar təbiətin geniş məlumat bazasından istifadə edə bilirlər, duyğu orqanları ilə öyrənirlər, müşahidə edirlər. Təbiət stressi azaldır, onlarda daha da maraq yaradır.

Təbiətdə problem həll etməklə qərarlar verirlər, yeni yollar axtarırlar. Təbii ünsürlərdən istifadə edərək oyun qururlar, oyuna təbiətdən ünsürlərin əlavə edilməsi isə yaradıcı oyunlara yol açır və uşaqlar arasında konflikti azaldır.

Araşdırmalar da açıq havada keçirilən zamanın məktəb öncəsi uşaqlarda diqqəti, fiziki aktivliyi artırdığını və yaradıcı oyunlara təşviq etdiyini göstərir.

Öz ideyalarından yola çıxaraq çubuq, palçıq, yarpaq, daşlarla qurduqları oyunlarla yaradıcı düşüncədən istifadə edirlər. Onları təbiətdə axtarış etmək üçün rəngli daşlar toplamağa, maraqlı şeylərdən bir kolleksiya düzəlməyə təşviq etmək kimi nümunələr də çəkmək olar. Məqsəd onlarda olan maraq duyğusunu canlı saxlamaqdır.

Müəllif – Kəmalə Quliyeva

“Quşları müşahidə et” ailəvi ekspedisiyası təşkil olunub
22.04.2024
Lənkəranda 3-5 yaşlı uşaqların ilk qrup görüşü başlanmışdır
21.04.2024
Lənkəranda Yaz Düşərgəmiz baş tutub
26.03.2024

Arxivlər

×