azruen +994 51 423 24 23 [email protected]

Daxil olun

Qeydiyyat

Hesab yaratdıqdan sonra siz ödəniş statusunu və təsdiqləməni izləyə və həmçinin, tədbir bitdikdən sonra tədbirə rəy bildirə bilərsiniz.
İstifadəçi adı (ancaq ingilis hərflər!)*
Şifrə*
Şifrəni təsdiqləyin*
Ad*
Soyad*
Doğum tarixi*
Email*
Telefon*
Ölkə*
* Hesab yaradaraq, siz bizim Şərtlər və Qaydalar ToplusuMəxfilik Siyasəti ilə razısınız.
Növbəti addıma keçməzdən əvvəl bütün şərtlərlə razılaşın

Artıq üzvsünüz?

Daxil olun
+994 51 423 24 23 [email protected]
azruen

Daxil olun

Qeydiyyat

Hesab yaratdıqdan sonra siz ödəniş statusunu və təsdiqləməni izləyə və həmçinin, tədbir bitdikdən sonra tədbirə rəy bildirə bilərsiniz.
İstifadəçi adı (ancaq ingilis hərflər!)*
Şifrə*
Şifrəni təsdiqləyin*
Ad*
Soyad*
Doğum tarixi*
Email*
Telefon*
Ölkə*
* Hesab yaradaraq, siz bizim Şərtlər və Qaydalar ToplusuMəxfilik Siyasəti ilə razısınız.
Növbəti addıma keçməzdən əvvəl bütün şərtlərlə razılaşın

Artıq üzvsünüz?

Daxil olun

Formal və qeyri-formal təhsil forması nədir? Onlar arasında fərqlər nələrdir?

“Yer və göy, meşələr və tarlalar, göllər və çaylar, dağ və dəniz əla müəllimlərdir və bizə kitablardan öyrənə biləcəyimizdən daha çox şey öyrədir.”

Con Labbok (Britaniyalı arxeoloq, təbiətşünas, bankir və siyasətçi)

Formal təhsil dövlət təhsil sənədinin verilməsi ilə başa çatan təhsil formasıdır. Ümumi təhsil, ilk peşə-ixtisas təhsili, orta ixtisas təhsili, ali təhsil, yenidənhazırlanma təhsili, təkrar ali və ya orta ixtisas təhsili dövlət təhsil sənədinin verilməsi ilə başa çatdığı üçün formal təhsil hesab edilir. Təlim nəticələri testlər və digər qiymətləndirmə formaları ilə ölçülür.

Belə ki, öyrənmə hər zaman sinif otağında baş vermir və təhsil haqqında sənədin əldə olunması ilə yekunlaşmır. Bu qeyri-formal təhsil forması adlanır.

Qeyri-formal təhsil isə formal mühitindən kənarda müxtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə əldə edilən və dövlət təhsil sənədinin verilməsi ilə müşayiət olunmayan təhsil formasıdır. Qeyri-formal öyrənmə adətən icma şəraitində keçirilir: kiçik uşaqlar üçün üzgüçülük dərsləri, bütün yaşlar üçün müxtəlif növ idman klubları, oxu qrupları, debat cəmiyyətləri, həvəskar xor və orkestrlər, qapalı və açıq hava fəaliyyətləri və s.

Uşaqların öyrənməsi, təbiəti, ətraf aləmi kəşf etməsi üçün ən uyğun şərait açıq havada öyrənmə mühitidir. Bu öyrənmə mühiti “Forest School” (“Meşə Məktəbi”) təhsil yanaşmasının əsas hissəsidir.

Bəs “Forest School nədir, harada yaranıb və necə inkişaf edib?”

Ən qədim dövrlərdən bəri insanlar yaşamaq üçün əlverişli təbii şəraitlər axtarmış və burada ətraf mühiti öyrənmiş, yaşam şəraitlərini kəşf etmişdir. Məsələn, ilk odun əldə edilməsi, ov vərdişləri, məişət əşyalarının hazırlanması və s. Yəni, bizim təbiətdə öyrənmə, kəşf etmə funksiyalarımız bizim əcdadlarımızdan bizə ötürülmüşdür. Bunun təhsilə yansıması isə əvəz olunmazdır. Çünki biz təbiətin bir hissəsiyik və hər şeyi onun bir hissəsi olaraq öyrənməliyik. Bunun üçün isə bu təhsil yanaşması əvəz olunmazdır.

Forest School demək olar ki, açıq havada keçirilən mütərəqqi, alternativ təhsil modelidir. O, həmçinin, meşə uşaq bağçası, açıq uşaq bağçası və ya təbiət məktəbi kimi də tanınır. Havanın necə olmasından asılı olmayaraq , uşaqlarda təbii açıq məkanlarda oynamağa, kəşf etməyə və öyrənməyə maraq yaradılır. Bu, uşaqları öyrənməni ənənəvi sinif mühitindən kənarda daha dərin və daha vahid yollarla kəşf etməyə sövq edir.

İlk meşə məktəbi 1950-ci illərin əvvəllərində Danimarkada Ella Flautau tərəfindən yaradılmışdır. İdeya onun öz uşaqları və qonşularının uşaqları ilə yaxınlıqdakı meşədə bir araya toplaşması nəticəsində yaranıb.

Lakin bu öyrənmə yanaşması həmçinin dünyanın bir sıra ölkələrində də istifadə edilirdi.

İsveçdə Forest School konsepsiyası keçmiş hərbçi Qosta From (Gösta Frohm) modelinə əsasən yaradılmışdır. Burada Forest School təhsil müəssələri “Yağış və ya Parıltı” (“Rain or Shine schools”) adlanırılırdı. Bu ifadə “istənilən havada” deməkdir.

“Waldkindergarten” və ya “waldkitas” kimi də tanınan meşə bağçaları Almaniyada 1960-cı illərdə yaranmağa başladı, lakin ilk Alman Forest School Bağçası 1993-cü il dövlət tərəfindən dəstəklənən uşaq bağçası kimi rəsmi olaraq tanınmışdı. 2017-ci ilin sonunda Almaniyada bu bağçaların sayı 1500-ü ötdü.

“Bush kindergarten” və ya “bush kindy” meşə uşaq bağçaları 2011-ci ildə Avstraliyada uşaqların rifahı və inkişafı ilə maraqlanan pedaqoq Duq Farqer (Doug Fargher) tərəfindən yaradılmışdır. Hərəkat uşaqları və pedaqoqları məhdud və ənənəvi öyrənmə mühitinin hüdudlarından kənara çıxmağa həvəsləndirir. Bu mühit çimərlik, çəmənlik, kolluq kimi ərazilər idi.

Yapon Forest School və ya Mori-no-ie Yaponiyada gərgin stresli həyat şəraitindən, yüksək texnologiyalardan uşaqları kənarlaşdırıb təbiətlə vəhdət şəraitinə gətirmək üçün cəmiyyət tərəfindən dəstəklənmişdir.

Forest Schoolda əsas fəaliyyət növləri: həftəsonu görüşlər, master klasslar, düşərgələr, layihə əsaslı tədqiqat işləri, ekspedisiyalar və s.

Psixoloq L. Viqotski öz araşdırmalarında öyrənmişdir ki, uşaqlar sosial mühitdə, yaşıdları ilə, qrup şəkilində araşdırmalar edərək daha yaxşı öyrənir və inkişaf edir. Fasilitator sadəcə kənardan dəstək verərək uşağın fəaliyyətini təmin etməlidir.

Uşaqlar üçün yeni bir şeylər öyrənmək, nələrəsə özünün cəhd edib əldə etməyi onların özgüvən və cəsarəti üçün önəmlidir.

Müəllif – Türkan Ağahüseynova

“Quşları müşahidə et” ailəvi ekspedisiyası təşkil olunub
22.04.2024
Lənkəranda 3-5 yaşlı uşaqların ilk qrup görüşü başlanmışdır
21.04.2024
Lənkəranda Yaz Düşərgəmiz baş tutub
26.03.2024

Arxivlər

×