Azərbaycanın ilk korporativ atalıq proqramı olan “Ata+” layihəsi Azerconnect Group şirkətinin əməkdaşları üçün xüsusi olaraq hazırlanıb və 1 aylıq intensiv proqramdan sonra “Ailə Günü” tədbiri ilə uğurla tamamlandı.
Layihənin məqsədi nə idi?
• Məsuliyyətli atalıq mədəniyyətini gücləndirmək
• Ailədaxili sağlam münasibətləri təşviq etmək
• Övladların inkişafına müsbət təsir göstərmək
İştirakçılar nə öyrəndilər?
• Emosional, sosial və psixoloji aspektləri əhatə edən təlimlər
• Uşaqlarla effektiv ünsiyyət və güvənə əsaslanan münasibət qurma yolları
• Ataların övlad inkişafındakı rolu barədə praktiki biliklər
• Ailə bağlarını gücləndirən yanaşmalar
Final mərhələsi
Layihənin sonunda iştirakçılar övladları ilə birlikdə Forest School təhsil modeli əsasında interaktiv fəaliyyətlərə qoşuldular. Bu, birlikdə keyfiyyətli vaxt keçirmək üçün gözəl fürsət oldu.