“Forest School Azerbaijan” Azərbaycanın ən səfalı rayonlarından olan Lerik rayonun Hamarmeşə kəndində 24-26 mart 2023-cü il tarixləri arasında “Yaz düşərgəsi” təşkil edib. Düşərgə “Fominov Consulting” şirkətinin tərəfdaşlığı ilə baş tutub. Əyləncəli və öyrədici fəaliyyətlər təşkil olunan düşərgədə 8-15 yaşlı məktəblilər təbiətdə gəzintilər, balıq tutmaq, təbiətdə sağ qalma, komanda quruculuğu, incəsənət və sənətkarlıq, layihə əsaslı öyrədici fəaliyyətlər kimi geniş fəaliyyət növləri ilə məşğul olublar. Bunlardan əlavə onlar dünyada yeganə unikal muzey...Ətraflı
Əziz valideynlər, Bu Novruz Bayramında Fominov Consulting şirkətinin tərəfdaşlığı ilə övladlarınız üçün unudulmaz olacaq Yaz Düşərgəsi hazırlamışıq. Düşərgəmiz uşağınıza şəhərin daş divarlarından çıxaraq təbiətlə harmoniyada olması üçün əla fürsətdir. Bizimlə övladınız yeni kəşflər, məcaralar və dostlar qazanmaq imkanını əldə edəcək. Hər bir valideyin üçün uşağını xoşbəxt və aktiv görmək arzusu öndədir. Bu fürsəti qaçırmayın! Düşərgə haqqında ətraflı məlumat almaq üçün linkə daxil ola bilərsiniz. Qeydiyyat linki: https://forestschool.az/tour/spring-camp/Ətraflı
“Forest School Azerbaijan”ın təşəbbüsü və “Şirvan Milli Parkı”nın dəstəyi ilə qrup liderimiz Saleh Baxşiyev milli park ərazisində ekspedisiyada olmuşdur. 2 gün davam edən ekspedisiya ərzində milli park ərazisində qalmış, orada məskunlaşan heyvan və quşları müşahidə edərək lentə almışdır. Ekspedisiyanın əsas məqsədi qoruqlarımızı, onların zəngin təbiətini tanınmaq olmuşdur.Ətraflı
Forest School Azerbaijan olaraq sizinlə birgə möhtəşəm bir il keçirdik! Bəs 2022-ci ildə nələr etdik? 50 dən çox tədbirlə 1018 insana çatdıq. Açıq havada 1700+ saat keçirdik. Layihələr çərçivəsində toplam 160 nəfərin iştirak etdiyi ödənişsiz düşərgələr təşkil etdik. 10 illik təcrübəmizi yeni imkanlarla daha da artırdıq. Tədbirlərimizdə 36 ailə, 40 gənc, 870 uşaqla birgə olduq. Pedaqoq-qrup lideri təlimlərimizə 48 müəllimi cəlb etdik. Sizinlə birgə 4636 km gəzərək ölkəmizin 11 rayonunu...Ətraflı
2- 4 yanvar tarixlərində “Fominov Consulting” şirkətinin tərəfdaşlığı ilə “Forest School Azerbaijan” Qusar rayonunda “Qarlı Laza” Qış Düşərgəsini keçirib. Üç gün davam etmiş düşərgədə uşaqlar möhtəşəm qar mənzərəsi olan Laza kəndində müxtəlif qış idman növləri və maraqlı açıq hava fəaliyyətləri ilə məşğul olublar. Əlavə olaraq düşərgə zamanı Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin əməkdaşları uşaqlara xilas etmə və sağ qalma üzrə nəzəri və praktiki təlimləri keçiriblər. Həmçinin...Ətraflı