“Forest School Azerbaijan” 25 – 26 noyabr tarixlərində Quba rayonunda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin əməkdaşları üçün iki günlük komanda quruculuğu təlim proqramını uğurla həyata keçirmişdir. Tədbirdə nazirliyin müxtəlif şöbələrinin 29 əməkdaşı iştirak etmişdir. Proqram “Forest School” öyrənmə yanaşmasına uyğun olaraq daha çox təbiətə inteqrasiya olunmuş fəaliyyətlər şəklində təşkil olunmuşdur. İki günlük qurulmuş proqramın əsas məqsədi iştirakçılar arasında effektiv ünsiyyəti təşviq etmək, komanda işini möhkəmləndirmək və problem həll etmə...Ətraflı
Erkən yaşlı uşaqların inkişafında bizə qoşulmaq istərdinizmi? Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) və Forest School Azerbaijan (FSA) olaraq məktəbəqədər yaşlı uşaqlarla işləməyi, təbiətdə öyrətməyi sevən özünə inamlı pedaqoqlar axtarırıq. Əgər siz uşaqların həyatında dəyişiklik yaratmaq və bununla bağlı unikal təcrübə qazanmaq istəyirsinizsə elə indi müraciət edin! Cari ildə baş tutacaq təlimlərlə siz həm tədris metodlarınızı təkmilləşdirərək sahəniz üzrə yeni məlumatlar alacaqsınız, həm də “FSA”da fəaliyyət göstərmək şansı əldə edəcəksiniz. Ətraflı məlumat...Ətraflı
Təcrübəçilərimizin uğurunu sizinlə paylaşmaqdan qürur duyuruq! Cari ilin may ayından Forest School Azerbaijan-nın müxtəlif departamentlərində təcrübə proqramına seçilən təcrübəçilər bu gün 5 aylıq təcrübə proqramına yekun vurmuşlar. Seçilmiş 6 potensiallı təcrübəçini cəlb edən bu təcrübə proqramı “Layihələrin təşkili və idarə edilməsi”, “Sosial marketinq” və “Məzmunun inkişafı” sahəsində təcrübəçilərə unikal praktiki təcrübə təmin etmişdir. Təcrübəçilər təşkilatın müxtəlif fəaliyyətlərinə cəlb olunmuş və mentorların dəstəyi praktiki bilik və bacarıqlar əldə etmişlər. Proqrama Bakı...Ətraflı
Oktyabrın 14-də Ümumdünya köçəri quşlar günündə Forest School Azerbaijan, Fominov Consulting şirkətinin tərəfdaşlığı ilə, “Quşları müşahidə et” ekspedisiyası təşkil olunmuşdur. Məktəbli uşaqların və onların valideynlərin iştirak etdiyi ekspedisiyada, Qızılağac Milli Parkı ərazisində məskunlaşan müxtəlif heyvan və quş növləri haqqında məlumatlar verilmiş və bir çoxu yaxından müşahidə edilmişdir. Ekspedisiya zamanı, Qızılağac Milli Parkının peşəkar mütəxəssis tərəfindən, quşları müşahidə etmə fəaliyyət növləri, binokl istifadə qaydaları, Milli Park ərazisində məskunlaşan quş növləri barədə...Ətraflı
Forest School Azerbaijan və Hasvet Baku International Animal Hospitalın birgə təşkilatçılığı ilə 4 oktyabr Beynəlxalq heyvanları müdafiə günü ilə əlaqədar “Onları daha yaxşı anlayaq” master-klass baş tutmuşdur. Master-klassda ilk növbədə uşaqlar heyvanların və təbiətin insanların həyatındakı əhəmiyyəti haqqında təqdimatla tanış olublar. Daha sonra onlar hospital ərazisini gəzərək buradakı texniki avadanlıqlar və onların xüsusiyyətləri haqqında ətraflı məlumat alıblar. Bununla yanaşı iştirakçılar hospitalda müalicə alan heyvanlarla təmasda olaraq onlara ilk yardım göstərilməsi...Ətraflı