21–22 iyun tarixlərində Forest School Azerbaijan və Fominov Consulting tərəfdaşlığı ilə Şamaxı Astrofizika Rəsədxanasında maraqlı və maarifləndirici Astro Camp təşkil olundu. İki gün ərzində uşaqlar astronomiya elmi ilə yaxından tanış oldular, kosmos, planetlər və ulduzlar haqqında əsas biliklər əldə etdilər. Rəsədxanaya ekskursiya zamanı iştirakçılar Azərbaycanda astronomiyanın tarixi və müasir inkişafı barədə məlumat aldılar və peşəkar...Ətraflı
3-5 yanvar tarixlərində Qış Düşərgəmiz baş tutub. Üç gün davam etmiş düşərgədə uşaqlar möhtəşəm qar mənzərəsi olan Laza kəndində müxtəlif qış idman növləri və maraqlı açıq hava fəaliyyətləri ilə məşğul olublar. Həmçinin iştirakçılar “Forest School” təhsil konsepsiyasına uyğun olaraq müxtəlif sosial, emosional, fiziki və intellektual fəaliyyətlərə cəlb olunublar.Ətraflı
BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı, COP29-un İqlim üzrə Gənclər Çempionunun və “Forest School Azerbaijan”ın dəstəyi ilə 11-13 oktyabr tarixlərində Lənkəran şəhərində “Qızlar İqlim Fəaliyyətinin Mərkəzində” adlı düşərgə təşkil edilib. Ölkənin müxtəlif regionlarından 25-dək yeniyetmə qızın qatıldığı düşərgənin keçirilməsində məqsəd qızlarda təcrübəyə əsaslanan öyrənmə, liderlik və açıq hava məşğələləri vasitəsilə iqlim dəyişikliyi ilə mübarizə...Ətraflı
BMT-nin Əhali Fondunun təşkilatçılığı, COP29-un İqlim üzrə Gənclər Çempionunun və “Forest School Azerbaijan”ın dəstəyi ilə 11-13 oktyabr tarixlərində Lənkəranda “Qızlar İqlim Fəaliyyətinin Mərkəzində” adlı düşərgə təşkil ediləcək. 14-17 yaşlı yeniyetmə qızlar üçün nəzərdə tutulmuş düşərgənin əsas məqsədi qızlarda təcrübəyə əsaslanan öyrənmə, liderlik və açıq hava məşğələləri vasitəsilə iqlim dəyişikliyi ilə mübarizə mövzusunda həssas yanaşma formalaşdırmaqdan...Ətraflı
30 avqust – 1 sentyabr tarixlərində Mingəçevir şəhərində Aqua Camp tədbirimiz baş tutmuşdur. Bol əyləncəli və öyrədici keçən düşərgədə uşaqlar öz sahəsinin peşəkarları ilə unudulmaz təcrübə yaşayıblar. Avarçəkmə üzrə nəzəri və praktiki məşğələlərdə olaraq Kür çayında avar çəkiblər. FHN Sularda Xilasetmə Dövlət xidmətinin xilasediciləri ilə birlikdə ilk yardım qaydalarını öyrəniblər. Dalğıclığın əsaslarını öyrənərək əyani şəkildə...Ətraflı
Forest School Azerbaijan və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan “Alternativ məktəbəqədər təhsil xidmətlərinin təşkili” pilot proqramı çərçivəsində Lənkəranda 3-5 yaş qrupu üçün baş tutan Forest School qrup görüşləri başa çatıb. Layihə çərçivəsində 4 ay ərzində iştirakçılar açıq havada Forest School konsepsiyası əsasında hazırlanmış və onların inkişafını müxtəlif istiqamətlərdən (sosial, emosional, intellektual...Ətraflı
22-23 iyun tarixlərində “Forest School Azerbaijan” və “Fominov Consulting” şirkətinin birgə tərəfdaşlığı ilə Şamaxı Astrofizika Rəsədxanasında “Astro Camp” tədbiri baş tutdu. Düşərgə zamanı iştirakçılar astronomiyaya həsr olunmuş müxtəlif inkişaf etdirici fəaliyyətlərdə və master-klasslarda iştirak etdilər. Ən əsası isə rəsədxananın ərazisində yerləşən 6 teleskopdan biri vasitəsilə səmanı müşahidə edə bildilər. Təbiətin möcüzələrini kəşf etmək və göy...Ətraflı
11-12 may tarixlərində Fominov Consulting şirkətinin tərəfdaşlığı ilə Qəbələ şəhərində valideynlər və övladları üçün Arxeoloji Ekspedisiya təşkil edildi. Əldə etdiyimiz təcrübələr: Qəbələ Arxeoloji Mərkəzinə ekskursiya; Səlbir qala divarları ərazisinə səfər və qazıntı əraziləri ilə tanışlıq; Praktiki arxeoloji fəaliyyətlər; Nic kəndinin kəşfi; Udi Ocağı Etnoqrafik muzeyi. Iştirakçılarımız, həmçinin, marallar, zubrlar və digər heyvanları müşahidə etmək üçün...Ətraflı
20 aprel tarixində “Forest School Azerbaijan” Azərbaycan Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan “Alternativ məktəbəqədər təhsil xidmətlərinin təşkili” pilot proqramı çərçivəsində Lənkəran şəhərində 3-5 yaşlı uşaqların ilk qrup görüşünə başlanmışdır. Bu görüşdə uşaqlar açıq havada əyləncəli və öyrədici, onların inkişaf istiqamətlərini dəstəkləyən fəaliyyətlərdə iştirak etdilər. Layihənin əsas məqsədi Forest School təhsil proqramı – Alternativ...Ətraflı
23-25 mart tarixlərində Lənkəranda Fominov Consulting şirkətinin tərəfdaşlığı ilə Yaz düşərgəmiz baş tutub. 8-14 yaşlı məktəblilər üçün təşkil olunan düşərgəmizdə uşaqlar müxtəlif inkişaf istiqamətləri üzrə əyləncəli və öyrədici fəaliyyətlərə cəlb olunaraq səmərəli vaxt keçirib. ”Forest School Azerbaijan”ın məqsədi iştirakçılara zəngin təcrübələr qazandırmaq və onları təbiətə daha da yaxınlaşdırmaqdır. Yaz düşərgəsində hansı fəaliyyətlərə cəlb olundular? İştirakçılar...Ətraflı