“Forest School Azerbaijan” 25 – 26 noyabr tarixlərində Quba rayonunda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin əməkdaşları üçün iki günlük komanda quruculuğu təlim proqramını uğurla həyata keçirmişdir. Tədbirdə nazirliyin müxtəlif şöbələrinin 29 əməkdaşı iştirak etmişdir. Proqram “Forest School” öyrənmə yanaşmasına uyğun olaraq daha çox təbiətə inteqrasiya olunmuş fəaliyyətlər şəklində təşkil olunmuşdur. İki günlük qurulmuş proqramın əsas məqsədi iştirakçılar arasında effektiv ünsiyyəti təşviq etmək, komanda işini möhkəmləndirmək və problem həll etmə bacarıqlarını inkişaf etdirmək idi.
Tədbir iştirakçıları peşəkar mütəxəssislərlə birgə “Effektiv ünsiyyət” “Sosial-emosional bacarıqların inkişaf etdirilməsi” “Səmti müəyyən etmə” komanda oyunu, “Təbiətdə və ekstremal vəziyyətlərdə sağ qalma”, “Yoqa” kimi təlim sessiyalarına qoşulmuşlar. Bununla yanaşı tədbir iştirakçılarına birgə səmərəli vaxt keçirmək üçün müxtəlif əyləncəli fəaliyyətlər və ekskursiya təşkil olunmuşdur.