Təcrübəçilərimizin uğurunu sizinlə paylaşmaqdan qürur duyuruq!
Cari ilin may ayından Forest School Azerbaijan-nın müxtəlif departamentlərində təcrübə proqramına seçilən təcrübəçilər bu gün 5 aylıq təcrübə proqramına yekun vurmuşlar. Seçilmiş 6 potensiallı təcrübəçini cəlb edən bu təcrübə proqramı “Layihələrin təşkili və idarə edilməsi”, “Sosial marketinq” və “Məzmunun inkişafı” sahəsində təcrübəçilərə unikal praktiki təcrübə təmin etmişdir.
Təcrübəçilər təşkilatın müxtəlif fəaliyyətlərinə cəlb olunmuş və mentorların dəstəyi praktiki bilik və bacarıqlar əldə etmişlər. Proqrama Bakı şəhəri ilə yanaşı, regionlardan da təcrübəçilər qoşulmuşdur. Təcrübə müddətində onlar Forest School Azerbaijan-nın sosial media hesablarının idarə olunması, PR və marketinq strategiyalarının analizi, planlaşdırılması, məzmunun formalaşdırılması ilə bağlı ələtlər haqqında praktiki bacarıqlarlarla yanaşı, Bakı şəhərində müxtəlif master-klasslar, Göygöldə sahə səfərlərinin təşkili prosesində iştirak etmişlər.
Bu təcrübə proqramı istedadlı təcrübəçilərin uşaqlarla, valideynlərlə, tərəfdaşlarla iş sahəsində peşəkar inkişafı ilə yanaşı, onların vasitəsi ilə açıq havada təhsilin, ətraf mühitin qorunmasının önəmini təşviq etmişdir.
Təcrübə proqramının yekununda təcrübəçilərlə reflektiv görüş keçirilmiş və onlar sertifikatlarla təltif olunmuşlar.