azruen +994 51 423 24 23 [email protected]

Daxil olun

Qeydiyyat

Hesab yaratdıqdan sonra siz ödəniş statusunu və təsdiqləməni izləyə və həmçinin, tədbir bitdikdən sonra tədbirə rəy bildirə bilərsiniz.
İstifadəçi adı (ancaq ingilis hərflər!)*
Şifrə*
Şifrəni təsdiqləyin*
Ad*
Soyad*
Doğum tarixi*
Email*
Telefon*
Ölkə*
* Hesab yaradaraq, siz bizim Şərtlər və Qaydalar ToplusuMəxfilik Siyasəti ilə razısınız.
Növbəti addıma keçməzdən əvvəl bütün şərtlərlə razılaşın

Artıq üzvsünüz?

Daxil olun
+994 51 423 24 23 [email protected]
azruen

Daxil olun

Qeydiyyat

Hesab yaratdıqdan sonra siz ödəniş statusunu və təsdiqləməni izləyə və həmçinin, tədbir bitdikdən sonra tədbirə rəy bildirə bilərsiniz.
İstifadəçi adı (ancaq ingilis hərflər!)*
Şifrə*
Şifrəni təsdiqləyin*
Ad*
Soyad*
Doğum tarixi*
Email*
Telefon*
Ölkə*
* Hesab yaradaraq, siz bizim Şərtlər və Qaydalar ToplusuMəxfilik Siyasəti ilə razısınız.
Növbəti addıma keçməzdən əvvəl bütün şərtlərlə razılaşın

Artıq üzvsünüz?

Daxil olun

Yaz Düşərgəsi

0
Novruz
320 AZN
Novruz
320 AZN
Qeydiyyat başlamayıb

Qeydiyyat

İstək Siyahısına Saxla

Adding item to wishlist requires an account

835

Ən Son Tədbirlər

Qış Düşərgəsi

Aqua Camp düşərgəsi

Niyə bizimlə qeydiyyat etməlisiniz?

  • Ən yaxşı qiymət zəmanəti
  • Müştəri xidməti 24/7 mövcuddur
  • Seçilmiş Tədbirlər və Fəaliyyətlər

Sualınız var?

Bizə zəng vurmaqdan çəkinməyin. Biz ekspert komandayıq və sizinlə danışmaqdan məmnunuq.

+994 51 423 24 23

[email protected]

3 Gün
Tarixlər : 22-24 mart
Bakı, Azərbaycan
Lənkəran, Azərbaycan
Min. Yaş : 8+
Maks. İştirakçı : 40
Tədbirin Detalları

Yaz fəsli yeni başlanğıclar deməkdir. Təbiətin doğuşu, dirilişi, oyanışı, böyüməsidir. Qış bitir, yazın – torpağın, yeni cücərmiş otların ətri duyulur.

Yeni başlanğıclara qədəm qoyur təbiət. Yenidən başlamaq heç vaxt asan olmur. Bu başlanğıcı təbiətdə kəşf etməyə hazırsınız?

Uşaqlar bahar tətilini təbiətin möcüzələrini  kəşf etməklə keçirəcəklər. Günlər uzanmağa, havalar isinməyə, buzlar əriməyə, qış yuxusundakı heyvanlar qış yuxusundan oyanmağa, rəngarəng çiçəklər açmağa başlayanda övladlarınız təbiətin əzəmətini məhz elə təbiətin qoynunda hiss edəcəklər.

Bu Novruz Bayramında, biz sizin üçün Yaz Düşərgəsi hazırlamışıq!

Düşərgəmizin əsas məqsədi uşaqların tətillərini səmərəli və əyləncəli keçirmələrini təmin etməkdir. Bundan əlavə, “Forest School” təhsil yanaşmasına uyğun olaraq, biz uşaqların fiziki, intellektual, sosial, psixoloji, emosional inkişafına, onlarda xarakterin formalaşmasına kömək edəcəyik.

“Forest School” təhsil yanaşmasına görə, bütün uşaqlar yaş qruplarına uyğun olaraq fəaliyyətə cəlb olunurlar. Yaş qrupları 8-1011-14 yaşa bölünür. Burada dil qrupları da nəzərə alınır. Hər qrupda bir pedaqoq-lider mövcuddur. Uşaqlar yaşlarına və dil qrupuna uyğun olaraq fəaliyyətlərdə iştirak edirlər.

Aşağıdakı kateqoriyaların üzvləri 10% endirimdən yararlana biləcəklər (endirim Kuponu haqqında məlumat üçün bizimlə əlaqə saxlayın):

  • Həftə sonu qrup görüşlərimizdə iştirak edənlər;
  • Əvvəlki FSA düşərgələrindən birində iştirak edənlər;
  • Bir ailədən olan 2 və ya daha çox uşaq.

Gediş və Dönüş Yeri

200 №-li Məktəb (Google Map)

Çıxış vaxtı

08:30

Qiymətə Daxildir

  • 2 gecə qonaqlama
  • Gündə üç dəfə yemək
  • Çay, su və meyvə qəlyanaltıları
  • Peşəkar ekspertlərlə düşərgənin maarifləndirici və əyləncə proqramı
  • Uşaqların təhlükəsizliyi və idarə olunmasında üçün hər qrup üçün pedaqoq-lider
  • Düşərgə həkimi
  • Düşərgə məkanına nəqliyyat
  • Səyahət Sığortası

Qiymətə Daxil Deyil

  • Hər hansı bir əlavə şəxsi xərclər

İştirakçılar nə əldə edəcəklər

  • Unudulmaz xatirə və yadda qalan təcrübə
  • Xoş təəssüratlar
  • Təbiətlə yaxından təmas
  • İştirak üçün Sertifikat
Proqram

Düşərgəmizin əsas məqsədi uşaqlarınızın təbiətdə təcrübələrini artırmaqdır. Düşərgə mühiti bir çox uşaq üçün, ümumiyyətlə, yeni ola bilər. Yadda saxlyaq ki, təbiətdə olduğumuz üçün ətraf mühitin enerjisi hər kəsə müsbət təsir göstərir. Bunun nəticəsi olaraq da uşağınızla ünsiyyətinizdəki fərqləri müşahidə edəcək qədər fərqi hiss edəcəksiniz.

Düşərgəmiz uşağınıza şəhərin daş divarlarından çıxaraq təbiətlə harmoniyada olması üçün əla fürsətdir. Bizimlə övladınız yeni kəşflər, məcaralar və dostlar qazanmaq imkanını əldə edəcək. Hər bir valideyin üçün uşağını xoşbəxt və aktiv görmək arzusu öndədir. Bu fürsəti qaçırmayın!

Düşərgə proqramına daxildir:

  • Əyləncəli və maraqlı intellektual oyunlar
  • Açıq hava şəraitində öyrədici fəaliyyətlər
  • Öyrədici ekskursiyalar
  • Yaz yürüyüşü - hiking
  • Yerli kulinariya ilə bağlı master-klass
  • "Forest School" təhsil istiqamətlərinə uyğun açıq və qapalı məkanda müxtəlif əyləncəli məşğələlər
İcmal

1-ci GünDüşərgəyə gəliş və açılış.

Biz təxminən saat 12:00-da Düşərgə ərazisinə çatacağıq və özü gələn iştirakçıları orada gözləyəcəyik. Bu mərhələdə otaqlarda yerləşdirmə, qrupların formalaşdırılması və Düşərgənin qaydalarının elan edilməsi təşkil olunacaq. Maraqlı fəaliyyətlər ləzzətli nahardan sonra başlayacaq və axşam yeməyinə qədər davam edəcək. Axşam yeməyindən sonra əyləncəli və eyni zamanda açıq havada maarifləndirici oyunlar təşkil olunacaq.

2-ci GünMöhtəşəm yaz fəaliyyəti ilə dolu gün.

İkinci gün fəaliyyətlərimiz səhər yeməyindən sonra başlayacaq. Günün 1-ci yarısında yaz yürüşü təşkil olunacaq. İştirakçılar bahar tətilini təbiətin möcüzələrini kəşf edəcəklər. Nahardan sonra iştirakçılar yerli kulinariya ilə bağlı master-klass və əyləncəli intellektual oyunlardan həzz alacaqlar. Nahardan dərhal sonra günün sonuna doğru tonqalın yanında axşam proqramı olacaq.

3-cü GünSonuncu günün fəaliyyətləri. Gediş.

Səhər yeməyindən sonra maraqlı yerlərə ekskursiyalar təşkil olunacaq. Ekskursiyalar və nahardan sonra sertifikatların təqdim edilməsi ilə düşərgənin bağlanış mərasimi keçiriləcək və iştirakçılar yola düşməyə hazırlığa başlayacaqlar.

Xəritə
Fotolar
Xidmətlər üçün ödənilən məbləğlərin geri qaytarılması və ya qaytarılmaması şərtləri:

Tərəfimizdən təşkil edilən və Sizin tərəfinizdən qəbul edilən xidmətlər (düşərgə, ekskursiya, təlimlər və bunun kimi digər fəaliyyətlərdə iştirakçı olmaq xidməti) üçün ödənilən məbləğin qaytarılması şərtləri aşağıdakılardır:

  • Siz xidmətin icrasının başlanmasına 14 (on dörd) təqvim günü qalana qədər xidməti qəbul etməkdən imtina etdiyiniz halda, xidmət haqqının 100%-i geri qaytarılacaq.
  • Siz xidmətin icrasının başlanmasına 7 (yeddi) təqvim günü qalana qədər xidməti qəbul etməkdən imtina etdiyiniz halda, xidmət haqqının 50%-i geri qaytarılacaq.
  • Siz xidmətin icrasının başlanmasına 7 (yeddi) təqvim günündən az qaldığı təqdirdə xidməti qəbul etməkdən imtina etdiyiniz halda, ödənilmiş xidmət haqqı geri qaytarılmayacaq.
  • Xidmətin icrası həyata keçirildiyi dövrdə belə icra bizdən asılı olmayan və Siz və ya Sizin himayənizdə olan uşaqlarla əlaqəli səbəblərdən (xəstəlik, uşağın xidməti almaqdan imtina etməsi, ailəvi planınız və s. bunun kimi digər səbəblər) yerinə yetirilə bilinmədiyi təqdirdə ödənilmiş xidmət haqqı geri qaytarılmayacaq.
  • Bizdən asılı olan səbəblər ilə əlaqədar xidmətin icrasından bizim tərəfindən imtina edildiyi halda, ödənilmiş xidmət haqqı geri qaytarılacaq.
1 səyahətçi hazırda bu tədbiri nəzərdən keçirir!
×