azruen +994 51 423 24 23 [email protected]

Daxil olun

Qeydiyyat

Hesab yaratdıqdan sonra siz ödəniş statusunu və təsdiqləməni izləyə və həmçinin, tədbir bitdikdən sonra tədbirə rəy bildirə bilərsiniz.
İstifadəçi adı (ancaq ingilis hərflər!)*
Şifrə*
Şifrəni təsdiqləyin*
Ad*
Soyad*
Doğum tarixi*
Email*
Telefon*
Ölkə*
* Hesab yaradaraq, siz bizim Şərtlər və Qaydalar ToplusuMəxfilik Siyasəti ilə razısınız.
Növbəti addıma keçməzdən əvvəl bütün şərtlərlə razılaşın

Artıq üzvsünüz?

Daxil olun
+994 51 423 24 23 [email protected]
azruen

Daxil olun

Qeydiyyat

Hesab yaratdıqdan sonra siz ödəniş statusunu və təsdiqləməni izləyə və həmçinin, tədbir bitdikdən sonra tədbirə rəy bildirə bilərsiniz.
İstifadəçi adı (ancaq ingilis hərflər!)*
Şifrə*
Şifrəni təsdiqləyin*
Ad*
Soyad*
Doğum tarixi*
Email*
Telefon*
Ölkə*
* Hesab yaradaraq, siz bizim Şərtlər və Qaydalar ToplusuMəxfilik Siyasəti ilə razısınız.
Növbəti addıma keçməzdən əvvəl bütün şərtlərlə razılaşın

Artıq üzvsünüz?

Daxil olun

Meşə Eco Village – Ailəvi Haykinq Təcrübəsi

0
Ailəvi
79 AZN
Ailəvi
79 AZN
27.09.2026
* Növbəti addıma keçmək üçün bütün tələb olunan sahələri seçin.

Qeydiyyat

İstək Siyahısına Saxla

Adding item to wishlist requires an account

248

Ən Son Tədbirlər

Aqua Camp düşərgəsi

1 Gün
Tarixlər : 27 sentyabr
Bakı, Azərbaycan
Lənkəran, Azərbaycan
Min. Yaş : 6+
Maks. İştirakçı : 40
Tədbirin Detalları

Bir günü şəhərin səs-küyündən uzaq, ailənizlə birlikdə təbiətin içində keçirməyə nə deyirsiniz?

Forest School Azerbaijan sizi Lənkəranın Daştatük kəndində, Xanbulan gölü ətrafında yerləşən Meşə Eco Village ərazisində asan, təhlükəsiz və ailələr üçün uyğun 1 günlük haykinq və təbiət təcrübəsinə dəvət edir.

Bu ekspedisiya Forest School yanaşması əsasında hazırlanıb və iştirakçılara təbiətdə hərəkət, müşahidə, öyrənmə və paylaşım imkanı yaradır.

Haykinq haqqında qısa məlumat

  • Çətinlik səviyyəsi: Asan
  • Məsafə: 2–3 km
  • Format: Ailələr, uşaqlar (kids-friendly), gənc macərasevərlər

 

Qeyd

Bu tədbir ailələr, uşaqlar və təbiətdə ilk dəfə yürüş edən iştirakçılar üçün uyğundur. Xüsusi fiziki hazırlıq tələb olunmur.

 

Qiymət

  • 1 nəfər: 79 AZN
  • 2 nəfər: 150 AZN
  • 3 nəfər: 210 AZN
  • 4 nəfər: 280 AZN

Gediş və Dönüş Yeri

Bravo Hipermarket, 20 yanvar (Google Map)

Çıxış vaxtı

06:30

Qiymətə Daxildir

  • Nəqliyyat (Bakı–Lənkəran–Bakı)
  • Səyahət sığortası (Pasha Sığorta)
  • Haykinq üzrə mütəxəssis və rəhbərlik
  • Nahar (Meşə Eko Kəndində)
  • Öyrədici və əyləncəli fəaliyyətlər
  • Meşə Eco Village haqqında məlumat

Qiymətə Daxil Deyil

  • Hər hansı bir əlavə şəxsi xərclər

İştirakçılar nə əldə edəcəklər

  • Hirkan meşələrində endemik dəmirağaclar arasında rahat yürüş
  • Ailə üzvləri ilə birlikdə keyfiyyətli və mənalı vaxt
  • Təbiətdə öyrənmə, oyunlar və müşahidə fəaliyyətləri
  • Meşə Eco Village konsepsiyası ilə tanışlıq
  • Uşaqlar və böyüklər üçün təhlükəsiz, dəstəkləyici və canlı mühit
İcmal

Proqram

06:00 – Toplanma (Bakı, 20 Yanvar m/st., Bravo Hipermarketin qarşısı)
06:30 – Yola düşmə
06:30 – 10:30 – Bakı-Lənkəran yolu (fasilə daxil)
11:00 – Meşə Eco Village ilə tanışlıq
11:30 – 13:00 Hirkan meşələrində asan haykinq
13:00 – 14:00 Nahar (Meşə Eco Village ərazisində)
14:00 – 15:00 Asudə vaxt
15:00 – 16:00 Əyləncəli və öyrədici açıq hava fəaliyyətləri
16:00 – 16:30 Bakıya dönüş üçün hazırlıq
16:30 – Bakıya yola düşmə

Xəritə
Fotolar
Xidmətlər üçün ödənilən məbləğlərin geri qaytarılması və ya qaytarılmaması şərtləri:

Tərəfimizdən təşkil edilən və Sizin tərəfinizdən qəbul edilən xidmətlər (düşərgə, ekskursiya, təlimlər və bunun kimi digər fəaliyyətlərdə iştirakçı olmaq xidməti) üçün ödənilən məbləğin qaytarılması şərtləri aşağıdakılardır:

  • Siz xidmətin icrasının başlanmasına 14 (on dörd) təqvim günü qalana qədər xidməti qəbul etməkdən imtina etdiyiniz halda, xidmət haqqının 100%-i geri qaytarılacaq.
  • Siz xidmətin icrasının başlanmasına 7 (yeddi) təqvim günü qalana qədər xidməti qəbul etməkdən imtina etdiyiniz halda, xidmət haqqının 50%-i geri qaytarılacaq.
  • Siz xidmətin icrasının başlanmasına 7 (yeddi) təqvim günündən az qaldığı təqdirdə xidməti qəbul etməkdən imtina etdiyiniz halda, ödənilmiş xidmət haqqı geri qaytarılmayacaq.
  • Xidmətin icrası həyata keçirildiyi dövrdə belə icra bizdən asılı olmayan və Siz və ya Sizin himayənizdə olan uşaqlarla əlaqəli səbəblərdən (xəstəlik, uşağın xidməti almaqdan imtina etməsi, ailəvi planınız və s. bunun kimi digər səbəblər) yerinə yetirilə bilinmədiyi təqdirdə ödənilmiş xidmət haqqı geri qaytarılmayacaq.
  • Bizdən asılı olan səbəblər ilə əlaqədar xidmətin icrasından bizim tərəfindən imtina edildiyi halda, ödənilmiş xidmət haqqı geri qaytarılacaq.
3 səyahətçi hazırda bu tədbiri nəzərdən keçirir!