Avropa İttifaqının maliyyə dəstəyi, BMT-nin Əhali Fondunun təşkilatçılığı və “Forest School Azerbaijan”nın dəstəyi ilə Lənkəranda “Atalar və övladları üçün düşərgə” keçirilib.
Üç gün davam edilmiş və 50-dək gənc ata və övladının qatıldığı düşərgənin keçirilməsində əsas məqsəd atalar və övladları arasında sağlam ünsiyyətin qurulmasına dəstək olmaq və onların birgə faydalı, əyləncəli vaxt keçirməsinə şərait yaratmaqdan ibarət idi.
Düşərgə müddətində atalar üçün ailədaxili ünsiyyətin düzgün qurulmasına və istiqamətləndirilməsinə yönəlmiş təlimlər, gender bərabərliyi, ailə daxilində öhdəliklərin bərabər bölüşdürülməsi və məsuliyyətli atalıq mövzularında sessiyalar, həmçinin övladları ilə ataların birgə fəaliyyətini nəzərdə tutan intellektual və əyləncəli oyunlar keçirilib.
Düşərgə Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondu və BMT-nin Qadınlar Agentliyi tərəfindən həyata keçirilən “Avropa İttifaqı Gender Bərabərliyi naminə: Birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı və BMT-nin Əhali Fondunun icra etdiyi “Cənubi Qafqazda gender əsaslı cins seçimi və aidiyyəti zərərli təcrübələrin aradan qaldırılması” proqramı çərçivəsində təşkil edilib.