“National Geographic”in dəstəyi ilə həyat keçirilən “Forest School Təhsil Proqramı” layihəsi çərçivəsində seçilmiş pedaqoq liderlərin 2-ci səviyyə təlimləri keçirilmişdir.
Təlimlər nəzəri və praktiki təlim modullarından ibarət olub.
Təlim modulları 3 gün açıq hava şəraitində, təbiətdə təşkil olunmuşdur. Bura təbiətdə yaşamaq, risklərin idarə olunması, qısamüddətli düşərgələr və onların təşkili ilə bağlı modullar daxil olunmuşdur.
Layihə çərçivəsində müxtəlif regionlardan olan iştirakçılar qrup görüşlərinə cəlb olunub və sonda qrup liderləri ilə birlikdə yay düşərgəsində iştirak etmək üçün tədqiqat yönümlü fəaliyyətlərlə məşğul olublar.