21–22 iyun tarixlərində Forest School Azerbaijan və Fominov Consulting tərəfdaşlığı ilə Şamaxı Astrofizika Rəsədxanasında maraqlı və maarifləndirici Astro Camp təşkil olundu.
İki gün ərzində uşaqlar astronomiya elmi ilə yaxından tanış oldular, kosmos, planetlər və ulduzlar haqqında əsas biliklər əldə etdilər. Rəsədxanaya ekskursiya zamanı iştirakçılar Azərbaycanda astronomiyanın tarixi və müasir inkişafı barədə məlumat aldılar və peşəkar teleskoplar vasitəsilə səmanı müşahidə etdilər.
Astronomiyadan əlavə, uşaqlar təbiətdə sağ qalma bacarıqları üzrə praktik məşğələdə iştirak etdilər. Təlimi vəhşi təbiət fotoqrafı və ekstremal şəraitdə sağ qalma üzrə ekspert Saleh Baxşıyev keçdi. O, uşaqlara təbiətdə davranış qaydaları və müşahidə bacarıqları barədə dəyərli biliklər verdi.
Övladınızın da belə təcrübələr yaşamasını istəyirsiniz? Forest School Azerbaijan-ın növbəti proqramları üçün bizi izləyin və komandamıza qoşulun!


