Ailənizin hər bir üzvünün bir-biri ilə arasında özünəməxsus əlaqəsi var. Bəzən bacı-qardaşlar hər şeyi birlikdə etməkdən həzz alırlar, digər vaxtlar isə koridorun kənarında, az qarşılıqlı əlaqədə olan qonşular olurlar. Ailə kimi fəaliyyət göstərmək hər kəsə birlikdə vaxt keçirməyə və fərdi münasibətlər, eləcə də ailə birliyi olaraq ümumi gücünüzün üzərində işləməyə imkan verir.
Elə buna görə biz sizin ailəniz üçün Ailəvi Ekspedisiyasını hazırlamışıq!
Ekspedisiyamızın əsas məqsədi valideynlərin və uşaqların qeyri iş günlərin səmərəli və əyləncəli keçirmələrini təmin etməkdir. Bundan əlavə, “Forest School” təhsil yanaşmasına uyğun olaraq, biz uşaqların fiziki, intellektual, sosial, psixoloji, emosional inkişafına, onlarda xarakterin formalaşmasına kömək edəcəyik.
“Forest School” təhsil yanaşmasına görə, bütün uşaqlar yaş qruplarına uyğun olaraq fəaliyyətə cəlb olunurlar. Yaş qrupları 6-10 və 11-14 yaşa bölünür. Burada dil qrupları da nəzərə alınır. Hər qrupda bir pedaqoq-lider mövcuddur. Uşaqlar yaşlarına və dil qrupuna uyğun olaraq fəaliyyətlərdə iştirak edirlər.
Ailədən minimum 1 uşaq və 1 valideyn, maksimum 4 nəfər (ana, ata, 2 uşaq) iştirak edə bilər.
Aşağıdakı kateqoriyaların üzvləri 10% endirimdən yararlana biləcəklər (endirim Kuponu haqqında məlumat üçün bizimlə əlaqə saxlayın):
200 №-li Məktəb (Google Map)
07:30
Həm böyüklər, həm də uşaqlar üçün gündəlik iş rejiminə müxtəlif stresli fəaliyyətlər daxildir. Gün ərzində ailənizlə vaxt keçirmək stresi azaltmağa və ruhi sağlamlığınızı yaxşılaşdırmağa kömək edə bilər.
Birlikdə oyun oynamaq və ya yeni yerləri ziyarət etmək, əylənərkən, gülərkən və müsbət xatirələr bölüşərək hər bir ailə üzvünü cəlb etməyə kömək edəcək.
Ekspedisiya proqramına daxildir:
Biz təxminən saat 12:00-da Ekspedisiya ərazisinə çatacağıq və özü gələn iştirakçıları orada gözləyəcəyik. Bu mərhələdə otaqlarda yerləşdirmə, qrupların formalaşdırılması və Ekspedisiyanın qaydalarının elan edilməsi təşkil olunacaq. Nahardan sonra iştirakçılar əyləncəli intellektual oyunlardan və başqa fəaliyyətlərdən həzz alacaqlar. Şam yeməyindən sonra günün sonuna doğru tonqalın yanında axşam proqramı olacaq.
Günün proqramı:
07:00 Toplanış (200 №-li məktəbin qabağında)
07:30 – 12:00 Bakıdan – Qəbələyə gediş
12:00 – 13:00 Yerləşmə və tanışlıq
13:00 – 14:00 Nahar
14:00 – 14:30 Sərbəst vaxt
14:30 – 18:00 Fəaliyyətlər
18:00 – 19:00 Sərbəst vaxt
19:00 – 20:00 Şam yeməyi
20:00 – 20:30 Sərbəst vaxt
20:30 – 22:00 Axşam proqramı
22:00 Sakit saat
Səhər yeməyindən sonra fəqliyyətlər və maraqlı yerlərə ekskursiyalar təşkil olunacaq. Ekskursiyalar və nahardan sonra sertifikatların təqdim edilməsi ilə Ekspedisiyanın bağlanış mərasimi keçiriləcək və iştirakçılar Bakıya yola düşəcəklər.
Günün proqramı:
09:30 – 10:30 Səhər yeməyi
10:30 – 13:00 Fəaliyyətlər
13:00 – 14:00 Nahar
14:00 – 14:30 Ekspedisiyanın bağlanışı və yola hazırlıq
14:30 – 16:00 Ekskursiyalar
16:00 – 20:00 Qəbələdən – Bakıya dönüş
Tərəfimizdən təşkil edilən və Sizin tərəfinizdən qəbul edilən xidmətlər (düşərgə, ekskursiya, təlimlər və bunun kimi digər fəaliyyətlərdə iştirakçı olmaq xidməti) üçün ödənilən məbləğin qaytarılması şərtləri aşağıdakılardır: