azruen +994 51 423 24 23 [email protected]

Daxil olun

Qeydiyyat

Hesab yaratdıqdan sonra siz ödəniş statusunu və təsdiqləməni izləyə və həmçinin, tədbir bitdikdən sonra tədbirə rəy bildirə bilərsiniz.
İstifadəçi adı (ancaq ingilis hərflər!)*
Şifrə*
Şifrəni təsdiqləyin*
Ad*
Soyad*
Doğum tarixi*
Email*
Telefon*
Ölkə*
* Hesab yaradaraq, siz bizim Şərtlər və Qaydalar ToplusuMəxfilik Siyasəti ilə razısınız.
Növbəti addıma keçməzdən əvvəl bütün şərtlərlə razılaşın

Artıq üzvsünüz?

Daxil olun
+994 51 423 24 23 [email protected]
azruen

Daxil olun

Qeydiyyat

Hesab yaratdıqdan sonra siz ödəniş statusunu və təsdiqləməni izləyə və həmçinin, tədbir bitdikdən sonra tədbirə rəy bildirə bilərsiniz.
İstifadəçi adı (ancaq ingilis hərflər!)*
Şifrə*
Şifrəni təsdiqləyin*
Ad*
Soyad*
Doğum tarixi*
Email*
Telefon*
Ölkə*
* Hesab yaradaraq, siz bizim Şərtlər və Qaydalar ToplusuMəxfilik Siyasəti ilə razısınız.
Növbəti addıma keçməzdən əvvəl bütün şərtlərlə razılaşın

Artıq üzvsünüz?

Daxil olun

“Quşları müşahidə et” Ekspedisiyası

0
Ailəvi
90 AZN
Ailəvi
90 AZN
Qeydiyyat başlamayıb

Qeydiyyat

İstək Siyahısına Saxla

Adding item to wishlist requires an account

896

Ən Son Tədbirlər

Yaz Düşərgəsi

Qış Düşərgəsi

Aqua Camp düşərgəsi

Niyə bizimlə qeydiyyat etməlisiniz?

  • Ən yaxşı qiymət zəmanəti
  • Müştəri xidməti 24/7 mövcuddur
  • Seçilmiş Tədbirlər və Fəaliyyətlər

Sualınız var?

Bizə zəng vurmaqdan çəkinməyin. Biz ekspert komandayıq və sizinlə danışmaqdan məmnunuq.

+994 51 423 24 23

[email protected]

1 Gün
Tarixlər : 13 oktyabr
Bakı, Azərbaycan
Qızılağac, Azərbaycan
Min. Yaş : 6+
Maks. İştirakçı : 40
Tədbirin Detalları

Quşları müşahidə etmək fəaliyyəti təbiətlə daha dərin əlaqə yaratmaqla bərabər valideyn-uşaq münasibətlərinin möhkəmlənməsinə müsbət təsir göstərir. Dünyada unikal və elitar fəaliyyət növü hesab olunan quşları müşahidə etmək təbiət canlılarının yaşayış yerlərinin gözəlliyi və müxtəlifliyi haqqında praktiki məlumatlar verir. Bu fəaliyyət xüsusilə uşaqlar üçün biologiya, ekologiya və ətraf mühit elmini öyrənmək üçün əyləncəli və interaktiv bir vasitədir.

Tədqiqatlara əsasən təbiətdə vaxt keçirmək və quşları müşahidə etmək həm uşaqlar, həm də böyüklər üçün sakitləşdirici və stressi azaldan təsir göstərə bilir.

Biz sizin ailəniz üçün “Quşları müşahidə et” ailəvi Ekspedisiyasını hazırlamışıq!

Ekspedisiyamızın əsas məqsədi valideynlərin və uşaqların qeyri-iş günlərini səmərəli və əyləncəli keçirmələrini təmin etməkdir. Bundan əlavə, fəaliyyət “Forest School” təhsil yanaşmasına uyğun olaraq, uşaqların fiziki, intellektual, sosial, psixoloji, emosional inkişafına, onlarda xarakterin formalaşmasına kömək edəcək.

“Forest School” təhsil yanaşmasına görə, bütün uşaqlar yaş qruplarına uyğun olaraq fəaliyyətə cəlb olunurlar.

Yaş qrupları 6-10 və 11-14 yaşa bölünür. Burada dil qrupları da nəzərə alınır. Hər qrupda bir pedaqoq-lider mövcuddur. Uşaqlar yaşlarına və dil qrupuna uyğun olaraq fəaliyyətlərdə iştirak edirlər.

Gediş və Dönüş Yeri

200 №-li Məktəb (Google Map)

Çıxış vaxtı

09:00

Qiymətə Daxildir

  • Çay, su və meyvə qəlyanaltıları
  • Peşəkar ekspertlərlə ekspedisiyanın maarifləndirici və əyləncə proqramı
  • Uşaqların təhlükəsizliyi və idarə olunmasında üçün hər qrup üçün pedaqoq-lider
  • Ekspedisiya məkanına nəqliyyat
  • Səyahət Sığortası
  • Milli Parkına giriş bileti

Qiymətə Daxil Deyil

  • Hər hansı bir əlavə şəxsi xərclər

İştirakçılar nə əldə edəcəklər

  • Unudulmaz xatirə və yadda qalan təcrübə
  • Xoş təəssüratlar
  • Təbiətlə yaxından təmas
Proqram

Qızılağac Milli Parkında quşları müşahidə ailə ilə birgə açıq havada vaxt keçirmək, həmçinin vəhşi təbiətin möcüzələrini sevən və onu seyr etməkdən həzz alanlar üçün çox yaxşı bir imkandır.

Milli Park ərazisi Xəzər dənizinin qərb sahilləri boyunca köç edən quşların istirahət etmək, eləcə də yenidən uzunməsafəli yola çıxmaq üçün doyunca qidalanmaq məqsədilə dayandığı yerlərdən biridir. Bu məkan unikal landşaftı, dayaz su hövzələri, qamışlıqları və bataqlıqları əsasən oktyabr – may aylarında milyonlarla quşun məskəninə çevrilir.

Açıq havada olan müxtəlif görüntülər, rənglər, qoxular və səslər – uşaqlarınız və sizin emosional sağlamlığınıza müsbət təsir göstərəcəkdir.

Ekspedisiya proqramına daxildir:

  • Peşəkar mütəxəssislər ilə öyrədici və praktiki sessiyalar
  • Milli Park ərazisində məskunlaşan müxtəlif heyvan və quş növlərin yaxından müşahidəsi
  • "Forest School" təhsil istiqamətlərinə uyğun açıq və qapalı məkanda müxtəlif əyləncəli məşğələlər
İcmal

1-ci GünMöhtəşəm açıq havada və təbiətdə fəaliyyətlər ilə dolu gündür.

Biz təxminən saat 12:00-da Ekspedisiya ərazisinə çatacağıq və iştirakçılar xüsusi nəqliyyat vasitələri ilə müşahidə üçün ayrılmış yerlərə gedəcək. Orada iştirakçılar binokllar və teleskoplarla Milli Park ərazisində məskunlaşan müxtəlif heyvan və quş növlərin yaxından müşahidə edəcəklər.

Günün proqramı:

08:00 Toplanış (200 №-li məktəbin qabağında)
08:30 – 12:00  Bakıdan – Milli Parkına gediş
12:00 – 14:00  Fəaliyyət
14:00 – 15:00  Nahar (özümüzlə gətirdiyimiz yeməkləri və qəlyanaltıları yeyirik)
15:00 – 17:00  Fəaliyyət
17:00 – 20:00  Milli Parkından – Bakıya dönüş

Xəritə
Fotolar
Xidmətlər üçün ödənilən məbləğlərin geri qaytarılması və ya qaytarılmaması şərtləri:

Tərəfimizdən təşkil edilən və Sizin tərəfinizdən qəbul edilən xidmətlər (düşərgə, ekskursiya, təlimlər və bunun kimi digər fəaliyyətlərdə iştirakçı olmaq xidməti) üçün ödənilən məbləğin qaytarılması şərtləri aşağıdakılardır:

  • Siz xidmətin icrasının başlanmasına 14 (on dörd) təqvim günü qalana qədər xidməti qəbul etməkdən imtina etdiyiniz halda, xidmət haqqının 100%-i geri qaytarılacaq.
  • Siz xidmətin icrasının başlanmasına 7 (yeddi) təqvim günü qalana qədər xidməti qəbul etməkdən imtina etdiyiniz halda, xidmət haqqının 50%-i geri qaytarılacaq.
  • Siz xidmətin icrasının başlanmasına 7 (yeddi) təqvim günündən az qaldığı təqdirdə xidməti qəbul etməkdən imtina etdiyiniz halda, ödənilmiş xidmət haqqı geri qaytarılmayacaq.
  • Xidmətin icrası həyata keçirildiyi dövrdə belə icra bizdən asılı olmayan və Siz və ya Sizin himayənizdə olan uşaqlarla əlaqəli səbəblərdən (xəstəlik, uşağın xidməti almaqdan imtina etməsi, ailəvi planınız və s. bunun kimi digər səbəblər) yerinə yetirilə bilinmədiyi təqdirdə ödənilmiş xidmət haqqı geri qaytarılmayacaq.
  • Bizdən asılı olan səbəblər ilə əlaqədar xidmətin icrasından bizim tərəfindən imtina edildiyi halda, ödənilmiş xidmət haqqı geri qaytarılacaq.
3 səyahətçi hazırda bu tədbiri nəzərdən keçirir!
×